Kadırovdan ilginc AÇIQLAMA: “Putinə Nobel mükafatı verilməlidir!” 

Kadırovdan ilginc AÇIQLAMA: “Putinə Nobel mükafatı verilməlidir!” 

“Rusiya prezidenti Vladimir Putinin Nobel mükafatına namizədliyi irəli sürülməli idi”.

 

Sfera.az bildirir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. O, səbəb kimi Putinin Ukrayna ilə münaqişəyə görə donbaslı uşaqları Rusiyaya qəbul etməsini göstərib.

 

Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidentinin həbsinə order verməsi ilə bağlı qərarını şərh edən Kadırov bunları qeyd edib:

 

“Məlum olur ki, uşaqlar da daxil olmaqla, Donbass sakinləri Ukrayna Silahlı Qüvvələrinin bombaları altında ölməli və heç bir halda təhlükə zonalarını tərk etməməlidirlər. Bu mənim bəyanatım deyil, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi belə hesab edir. Halbuki bu uşaqlara görə siz Vladimir Vladimiroviçi Nobel Sülh Mükafatına namizəd kimi təqdim etməli idiniz. Onsuz da biz Rusiyada donbaslı uşaqlara sığınacaq vermişik, yedizdirmişik və onları məktəblərə göndərmişik”.

 

Kadırov həmçinin bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi artıq müstəqil statusa malik deyil.

 

Qeyd edək ki, ötən gün Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib. Məhkəmənin qərarında “Rus əsgərinin Ukraynada törətdiyi hərbi cinayətlərə görə Putinin məsuliyyət daşıdığı” qeyd olunub.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Təkcə saçının boyanmasına 134 min xərclənib...

Türkiyəli aktrisa Afra Saraçoğlu “Pera” serialında rol almaq üçün saçlarının rəngini dəyişdirib.   Sfera.az Türkiyə mediasına istinadən x...

İranda yeni virusa yoluxanların sayı açıqlandı

Mart ayının 21-dən bu günə kimi İranda 259 nəfər danq qızdırmasına yoluxub.   Sfera.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb...

Türkiyəli tanınmış müğənni vəfat etdi - FOTO

Türk musiqisinin və səhnə sənətinin unudulmaz simalarından biri olan Rüçhan Çamay 94 yaşında dünyasını dəyişib.   Sfera.az Milli.Az-a istinadən ...

İlham Əliyev BMMT Baş Assambleyasının növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Assambleyasının üçüncü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb. &...

Ərdoğana yeni səlahiyyət verilir

Türkiyədə Xüsusi Qüvvələr Komandanlığına təyin olunan quru qoşunları və hərbi dəniz qüvvələrinin generallarının yaş həddi 67-yə qaldırılacaq.   Sfera...

“Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycanın I Liqa təmsilçisi “Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşib.   Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki...