Putin ABŞ-a səfər edəcəyi təqdirdə həbs ediləcək? – Bayden cavablandırdı

Putin ABŞ-a səfər edəcəyi təqdirdə həbs ediləcək? – Bayden cavablandırdı

ABŞ prezidenti Co Bayden Putinin həbsi ilə bağlı qərarı dəstəkləyib.

 

Sfera.az “Reuters”ə istinadən bildirir ki, Ağ Ev rəhbəri Putinin hərbi cinayətlərdə açıq-aşkar təqsirli olduğunu və Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun həbsinə dair orderinin əsaslandırıldığını bildirib. Bayden əlavə edib ki, sözügedən məhkəmənin qərarları ABŞ ərazisində məcburi deyil:

 

“Lakin problem ondadır ki, bu qərar biz də daxil olmaqla, bütün dünyada tanınmır. Amma mən hesab edirəm ki, bu, çox güclü bəyanatdır”.

 

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi isə CNN telekanalında çıxışı zamanı Putinin ABŞ-a gələcəyi təqdirdə “BCM”nin orderi əsasında həbs olunub-olunmayacağı sualına cavab verməkdən imtina edib. Kirbi bildirib ki, o, Rusiya prezidentinin belə bir səfərini “ehtimalsız” hesab edir. Beynəlxalq Cinayət Məhkəməsinin qərarı Brüssel və Kiyevdə müsbət qarşılanıb.

 

Ukrayna prezidenti Volodimir Zelenski vətəndaşlara videomüraciətində Putinin həbsinə dair orderi “tarixi qərar” adlandırıb. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov isə qərarı “əhəmiyyətsiz”  hesab edib.

 

Rusiyanın ABŞ-dakı səfirliyi də Beynəlxalq Cinayət Məhkəməsinin son qərarına reaksiya verib. Qurum sosial media hesabında qeyd edib ki, Vaşinqtonun məhkəmənin Putinin həbsi ilə bağlı qərarını qəbul etməsi şizofreniyadır.

 

“Rusiya lideri haqqında qəbuledilməz bəyanatlar verməyə icazə verən Amerika hakimiyyəti İraq, Yuqoslaviya, Liviya və Vyetnamdakı öz “vəhşilikləri” barədə bilərəkdən susur. Bu mövqe ləng şizofreniya xəstəliyini xatırladır”, - səfirlik bildirib.  Qurum rəsmiləri xatırladıb ki, ABŞ hazırkı qərar istisna olmaqla, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır.

 

Qeyd edək ki, ötən gün Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib. Məhkəmənin qərarında “Rus əsgərinin Ukraynada törətdiyi hərbi cinayətlərə görə Putinin məsuliyyət daşıdığı” qeyd olunub.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İranda yeni virusa yoluxanların sayı açıqlandı

Mart ayının 21-dən bu günə kimi İranda 259 nəfər danq qızdırmasına yoluxub.   Sfera.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb...

Türkiyəli tanınmış müğənni vəfat etdi - FOTO

Türk musiqisinin və səhnə sənətinin unudulmaz simalarından biri olan Rüçhan Çamay 94 yaşında dünyasını dəyişib.   Sfera.az Milli.Az-a istinadən ...

İlham Əliyev BMMT Baş Assambleyasının növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Assambleyasının üçüncü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb. &...

Ərdoğana yeni səlahiyyət verilir

Türkiyədə Xüsusi Qüvvələr Komandanlığına təyin olunan quru qoşunları və hərbi dəniz qüvvələrinin generallarının yaş həddi 67-yə qaldırılacaq.   Sfera...

“Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycanın I Liqa təmsilçisi “Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşib.   Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki...

Hava dəyişkənliyi psixoloji problemlərə yol aça bilər? - Psixoloqdan AÇIQLAMA

Son günlərdə hava şəraitinin dəyişkənliyi bəzi insanlar üçün xoş qarşılansa da, digərləri üçün mənfi təsir göstərir. Küləkli və ya yağışlı hava şəraiti istirahə...