Yeni ailə quran məşhur cütlük boşanır? - Demet Özdemir evi tərk etdi

Yeni ailə quran məşhur cütlük boşanır? - Demet Özdemir evi tərk etdi

Ötən avqust ayında möhtəşəm toy mərasimi ilə ailə quran məşhur cütlük Demet Özdemir və Oğuzhan Koçun evliliyinin üzərində qara buludlar dolaşır.

 

Sfera.az xəbər verir ki, bu barədə “Hürriyet”in əməkdaşı Mehmet Üstündağ yazıb. 

 

O bildirib ki, fevralın 26-da yeni yaşını qeyd edən Demet Özdemir doğum günündə xeyriyyə kampaniyası başladıb və böyük miqdarda ianə toplayıb. Zəlzələ fəlakəti səbəbindən ad günü keçirmək istəməyən aktrisa üçün yaxın dostları kiçik şənlik təşkil ediblər. Dostlarının evində keçirilən bu şənlikdə Oğuzhan Koç həyat yoldaşını əsəbiləşdirəcək hərəkətlər edib. Demet Özdemir əri ilə birlikdə evə qayıtmaq əvəzinə yaxın dostu Səadət Özsırkıntının evinə gedib.

 

Bir neçə gün ayrı qaldıqdan sonra peşman olan Oğuzhan Koç əlində çiçəklə həyat yoldaşının olduğu çəkiliş meydançasına gedərək üzr istəyib, bu jestdən təsirlənən Özdemir isə evə qayıdıb. Lakin cütlük bir neçə günlük xoşbəxtlikdən sonra yenidən mübahisə edib. Cütlük arasındakı mübahisənin səbəbi bilinmir. Ancaq Demet Özdemirin bu son davdan sonra yenidən evi tərk etdiyi bildirilir.

 

Lalə

Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Mina partlayışı ilə bağlı əhaliyə ÇAĞIRIŞ: “Bu ərazilərə daxil olmayın!

Xəbər verdiyimiz kimi, Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində 2025-ci il 10 iyul tarixində mina hadisəsi baş verib. 1979-cu il təvəllüdlü Quluyev Qulu Tu...

Ağdərədə Minaya Düşən Şəxs Amputasiya Olundu – Vəziyyəti Ağırdır

Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birli...

Həftəsonu 34 mindən çox abituriyent imtahan verəcək

İyulun 13-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə, həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni ü...

Süni intellekt ölümə səbəb oldu

Stanford Universitetinin tədqiqatçıları xəbərdarlıq edir ki, insanlar işsizlik, intihar düşüncələri, maniakal və ya psixoz kimi psixoloji böhranlarla üzləş...

İqtisadiyyat və Humanitar Kollecdə Yeni Rəhbər Təyinatları

İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub.   Sfera.az xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agent...

DYP hərəkət iştirakçılarına müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Bu barədə Sfera.az-a BDYPİ-dən məlumat...