Günəş işığı ilə qidalandıqlarını iddia edən cütlüyün 1 aylıq körpəsi aclıqdan öldü - FOTOLAR

Günəş işığı ilə qidalandıqlarını iddia edən cütlüyün 1 aylıq körpəsi aclıqdan öldü - FOTOLAR

Rusiyada yaşayan bloger və internet fenomeni 43 yaşlı Maksim Lyuti ilə həyat yoldaşı, 33 yaşlı Oksana Mirinova həbs edilib.

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb cütlüyün bir aylıq körpəsinin aclıqdan ölməsidir. 

 

Özünü həyat kouçu kimi tanıdan Maksim Lyuti Rusiyada “Raw Food” (çiy tərəvəz və meyvələrlə qidalanma) hərəkatının təbliğatçısı kimi məşhurlaşıb. Lyuti və həyat yoldaşı iddia edirlər ki, onların “Yaşayan adam” klubu ruslara sağlamlıqlarını yaxşılaşdırmaq və şəxsi problemlərini həll etməkdə kömək edir.

 

Cütlüyün internetdə məşhur olmasının başqa bir səbəbi də bu yaxınlarda “prana” qidalanmasına (günəş işığı ilə qidalanma) inandıqlarını elan etmələridir. “Prana” bəzi mədəniyyətlərdə yalnız maye ilə qidalanmadan ibarət pəhriz kimi tətbiq edilir. Cütlüyün isə qida və su olmadan yalnız günəş işığı ilə “qidalandığı” və beləliklə də körpəni ac qoyduqları iddia edilir.

 

“Dailymail” yazır ki, cütlüyün bir aylıq oğlu xəstələndikdən sonra Soçi yaxınlığındakı xəstəxanaya aparılıb. Həkimlər körpənin uzun müddət aclıq çəkdiyini və sətəlcəmdən halsızlaşdığını müəyyən ediblər. Körpə xəstəxanaya çatdırıldıqdan qısa müddət sonra ölüb. 

 

Rusiya İstintaq Komitəsi körpənin ölümü ilə bağlı araşdırmaya başlayıb. Cütlüyün dostlarının və qonşularının danışdıqları isə qan dondurub.

 

Rusiya mətbuatına danışan qonşulardan biri kişinin arvadını özü kimi qidalanmağa məcbur etdiyini və hamilə qadının gecə yarısı onların evinə gələrək gizlicə yemək yediyini bildirib.

 

Maksim Lyutini tanıyan başqa bir şəxs isə onun davranışının çoxdan qəribə olduğunu bildirərək, cütlüyün körpəni də günəş işığından qidalandırmaq qərarına gəldiyini, ona görə də ananın körpəni əmizdirmədiyini iddia edib.

 

Təhlükəsizlik qüvvələri uşağın evdə doğulduğunu müəyyən etdiklərini və istintaqın davam etdiyini açıqlayıblar.

 

Bu gün həm Rusiya, həm də dünya mətbuatında gündəm olan Maksim Lyuti və həyat yoldaşının polis idarəsindəki görüntüləri yayımlanıb. 2 aylıq ev dustaqlığına buraxılan cütlük barədə hansı qərarın veriləcəyi isə maraq mövzusu olub. 

Lalə

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Təkcə saçının boyanmasına 134 min xərclənib...

Türkiyəli aktrisa Afra Saraçoğlu “Pera” serialında rol almaq üçün saçlarının rəngini dəyişdirib.   Sfera.az Türkiyə mediasına istinadən x...

İranda yeni virusa yoluxanların sayı açıqlandı

Mart ayının 21-dən bu günə kimi İranda 259 nəfər danq qızdırmasına yoluxub.   Sfera.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb...

Türkiyəli tanınmış müğənni vəfat etdi - FOTO

Türk musiqisinin və səhnə sənətinin unudulmaz simalarından biri olan Rüçhan Çamay 94 yaşında dünyasını dəyişib.   Sfera.az Milli.Az-a istinadən ...

İlham Əliyev BMMT Baş Assambleyasının növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Assambleyasının üçüncü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb. &...

Ərdoğana yeni səlahiyyət verilir

Türkiyədə Xüsusi Qüvvələr Komandanlığına təyin olunan quru qoşunları və hərbi dəniz qüvvələrinin generallarının yaş həddi 67-yə qaldırılacaq.   Sfera...

“Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycanın I Liqa təmsilçisi “Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşib.   Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki...