Bu ölkədə deputatlara “TikTok” qadağası qoyuldu

Bu ölkədə deputatlara “TikTok” qadağası qoyuldu

Yeni Zelandiyada millət vəkilləri və parlament işçilərinin istifadə etdiyi ictimai telefonlarda “TikTok” tətbiqinin olması qadağan edilib. 

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, qadağa bu ayın sonundan etibarən qüvvəyə minəcək. 

 

Məlumata görə, qadağanın səbəbi “TikTok”un istifadəçi məlumatlarını Çin hökuməti ilə paylaşa biləcəyi ilə bağlı bütün dünyada artan narahatlıqlardır. Beləliklə, Çində yerləşən “ByteDance” şirkətinə məxsus “TikTok” ABŞ və İngiltərədən sonra daha bir ölkədə təhlükəsizlik səbəbi ilə qadağan edilib. 

 

Qadağa ABŞ və İngiltərədəki kimi bütün dövlət işçilərinə deyil, parlament binasında çalışan təxminən 500 nəfərə şamil ediləcək.

 

Parlament xidmətlərinin rəhbəri Rafael Qonzales-Montero qərarın hökumətin kibertəhlükəsizlik üzrə ekspertlərinin məsləhəti ilə verildiyini izah edib.

 

Yeni Zelandiyanın Baş naziri Kris Hipkins isə jurnalistlərə telefonunda “TikTok olmadığını” söyləyərək, "Mən o qədər də müasir və dəblə ayaqlaşan deyiləm", - deyə qeyd edib.

 

Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda yeni virusa yoluxanların sayı açıqlandı

Mart ayının 21-dən bu günə kimi İranda 259 nəfər danq qızdırmasına yoluxub.   Sfera.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb...

Türkiyəli tanınmış müğənni vəfat etdi - FOTO

Türk musiqisinin və səhnə sənətinin unudulmaz simalarından biri olan Rüçhan Çamay 94 yaşında dünyasını dəyişib.   Sfera.az Milli.Az-a istinadən ...

İlham Əliyev BMMT Baş Assambleyasının növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Assambleyasının üçüncü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb. &...

Ərdoğana yeni səlahiyyət verilir

Türkiyədə Xüsusi Qüvvələr Komandanlığına təyin olunan quru qoşunları və hərbi dəniz qüvvələrinin generallarının yaş həddi 67-yə qaldırılacaq.   Sfera...

“Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycanın I Liqa təmsilçisi “Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşib.   Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki...

Hava dəyişkənliyi psixoloji problemlərə yol aça bilər? - Psixoloqdan AÇIQLAMA

Son günlərdə hava şəraitinin dəyişkənliyi bəzi insanlar üçün xoş qarşılansa da, digərləri üçün mənfi təsir göstərir. Küləkli və ya yağışlı hava şəraiti istirahə...