Blogger təsadüfən 12 min dollarlıq şokoladlı yumurta yedi - FOTO

Blogger təsadüfən 12 min dollarlıq şokoladlı yumurta yedi - FOTO

Britaniyalı bloger Adam Davies təsadüfən 12 min dollarlıq Pasxa yumurtası formalı şokoladlı konfet yeyib. Bu gülməli hadisəni əks etdirən video onun YouTube kanalında yerləşdirilib.
 

Sfera.az bildirir ki, video çəkilişi zamanı Devis maşında “Cadbury Creme Egg” yeyirmiş. Bloqqer videonu yerləşdirdikdən sonra izləyicilər konfetin rənginin onun mükafat statusunu ifadə etdiyini müşahidə ediblər.
 

Belə ki, “Cadbury”nin süd və ağ şokoladdan hazırlanmış cəmi 280 yumurta buraxdığı bir promo aksiya başlatdığı məlum olub. Belə yumurtaların sahibləri 12 min dollar qazana bilərdilər.


Devis özü çox ac olduğunu və yediyi konfetə fikir vermədiyini etiraf edib. O, bu konfet ilə digər adi Cadbury Krem Yumurtaları arasında dad baxımından heç bir fərq görmədiyini də bildirib.
 

"Onu yediyim üçün çox üzülmürəm. Başqa kim 30 saniyə ərzində bu qədər yemək yediyi ilə öyünə bilər. Təsəvvür edin pul gəlir və gedir, amma bu epik uğursuzluğun hekayəsi ömürlük qalacaq”- deyə blogger bildirib.
 

O, “Cadbury”dən pul mükafatının bir hissəsini ona ödəməyi xahiş etsə də, hələ də cavab almayıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR