Bakının yollarında sürət həddi endirilir: Cərimə olunanların sayı artacaq

Bakının yollarında sürət həddi endirilir: Cərimə olunanların sayı artacaq

“Paytaxtda tıxacların yaranmasının əsas səbəbi sürət həddinin qeyri-stabil olmasıdır”.

 

Sfera.az xəbər verir ki, bunu  açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

 

“Ötənilki araşdırmalarımız nəticəsində bəlli oldu ki, Bakı şəhərində baş verən qəzaların əsas səbəbi yol hərəkəti qaydalarının bilərəkdən pozulması, əsasən də sürət həddinin aşılmasıdır. Odur ki, şəhərin bir sıra prospekt və küçələrində sürət həddinin aşağı endirilməsi barədə qərarı alqışlayıram. İnanıram ki, bu, piyadaların, velosipedçilərin və moped sürücülərinin, ümumiyyətlə, bütün fərdi mobil nəqliyyat vasitələrinin istifadəçilərinin təhlükəsizliyini təmin edəcək”, - ekspert bildirib.

 

E.Cəfərov vurğulayıb ki, sürət həddinin aşılmasına görə cərimələrin sayının artması da gözləniləndir.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli martın 16-da “Facebook” sosial şəbəkə hesabında yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı rəhbərlik etdiyi qurum tərəfindən təkliflərin hazırlanaraq, Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırıldığı barədə məlumat paylaşıb. (Publika.az)


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...