Pensiya islahatı Fransada hökumət böhranı yaratdı

Pensiya islahatı Fransada hökumət böhranı yaratdı

Fransada pensiya yaşının artırılması ilə bağlı layihənin hazırlanması və qəbul üçün parlamentə göndərilməsi ölkədə ictimai və siyasi böhran yaradıb. 


Sfera.az BBC-yə istinadən xəbər verir ki, pensiya yaşının 62-dən 64-ə qaldırılmasına cavab olaraq narazı kütlə Paris və digər iri şəhərlərdə etiraz aksiyaları keçirirlər. 


Etirazların güclənməsindən sonra Baş nazir Elizabet Born hökumətə Assambleyada səsvermədən yayınmağa icazə verib. Qərar deputatların mübahisəli qanun layihəsinə səsvermə təyin etməsindən bir neçə dəqiqə əvvəl qəbul edilib. Bu addım müxalif siyasətçilərin hiddətinə səbəb olub. Çoxları Baş naziri lağa qoyub və "Marselyaza"nı (Böyük Fransa inqilabının himni. Hazırda Fransanın dövlət himnidir) oxuyub, parlamentdə etiraz səsləri qaldırıblar. 


İfrat sağçı müxalifət lideri Marin Le Pen prezident Emmanuel Makron hökumətinə qarşı etimadsızlıq təklifi veriləcəyini bildirib. Solçu İtaətsiz Fransa partiyasının lideri Matilde Panot “Twitter” hesabında yazıb ki, Makron ölkəni parlament və ya xalq legitimliyi olmadan hökumət böhranına sürükləyib. 


Paris və Fransanın digər şəhərlərində minlərlə insan bu dəyişikliyə etiraz etmək üçün dövlət himnini oxuyaraq və həmkarlar ittifaqı bayraqlarını dalğalandıraraq küçələrə çıxıb. Axşam saatlarında bəzi etirazçılar polislə toqquşub. 


Paris polisinin verdiyi məlumata görə, axşama doğru 120 nəfər həbs edilib. Lakin həmkarlar ittifaqları təqaüd dəyişikliklərinə etirazlarını davam etdirəcəklərini vəd ediblər. 


BBC yazır ki, Makron keçən il yenidən prezident seçilsə də, onun hakim koalisiyasının Assambleyada çoxluğu yoxdur və pensiya dəyişikliklərini qəbul etmək üçün Respublikaçılar partiyasının dəstəyinə ehtiyacı var. Lakin Respublikaçılardan lazımi dəstəyi almaq mümkün olmayıb. 


Orxan



 


OXŞAR XƏBƏRLƏR

Ağdərədə Minaya Düşən Şəxs Amputasiya Olundu – Vəziyyəti Ağırdır

Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birli...

Həftəsonu 34 mindən çox abituriyent imtahan verəcək

İyulun 13-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə, həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni ü...

Süni intellekt ölümə səbəb oldu

Stanford Universitetinin tədqiqatçıları xəbərdarlıq edir ki, insanlar işsizlik, intihar düşüncələri, maniakal və ya psixoz kimi psixoloji böhranlarla üzləş...

İqtisadiyyat və Humanitar Kollecdə Yeni Rəhbər Təyinatları

İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub.   Sfera.az xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agent...

DYP hərəkət iştirakçılarına müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Bu barədə Sfera.az-a BDYPİ-dən məlumat...

Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlandı

2025-ci il ərzində valideyn himayəsindən məhrum olan və dövlətin qayğısı ilə əhatə olunan uşaqların övladlığa verilməsi istiqamətində mühüm addımlar atılıb. ...