Deputat xalqa “qara camaat” dedi, spiker ETİRAZ ETDİ

Deputat xalqa “qara camaat” dedi, spiker ETİRAZ ETDİ

“Niyə neft emal zavodları təşkil etmirik? Biz ömür boyu xammal ixracına möhtac olacağıq?”.

 

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında millət vəkili Tahir Kərimli səsləndirib. Deputat çıxışında pensiya xərcləri mövzusuna da toxunub:

 

“2009-cu illə müqayisədə pensiya alanların sayı 160 min nəfər azalıb. 2017-ci illə müqayisədə pensiya xərclərinə 207 milyon manat qənaət etmişik.  Ölkədə yaşayan əhaliyə məhsulları Avropadakı kimi satırıq, amma xalqa verilən vəsait Avropada olduğu kimi deyil. Biz nə vaxta qədər bu xalqa qara camaat kimi davranacağıq. Bir milyon yaşayır deyə, 9 milyon yaşayır demək deyil. Hökumətdən çox xaiş edirəm ki, qazandığımız vəsaitin yarı hissəsini qara camaata da versin”.

 

Milli Məclisin sədri Sahibə Qafarova deputata cavabında bildirib ki, başda Prezident olmaqla heç kim əhaliyə qara camaat kimi baxmır. 

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Türkiyəli tanınmış müğənni vəfat etdi - FOTO

Türk musiqisinin və səhnə sənətinin unudulmaz simalarından biri olan Rüçhan Çamay 94 yaşında dünyasını dəyişib.   Sfera.az Milli.Az-a istinadən ...

İlham Əliyev BMMT Baş Assambleyasının növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Assambleyasının üçüncü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb. &...

Ərdoğana yeni səlahiyyət verilir

Türkiyədə Xüsusi Qüvvələr Komandanlığına təyin olunan quru qoşunları və hərbi dəniz qüvvələrinin generallarının yaş həddi 67-yə qaldırılacaq.   Sfera...

“Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycanın I Liqa təmsilçisi “Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşib.   Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki...

Hava dəyişkənliyi psixoloji problemlərə yol aça bilər? - Psixoloqdan AÇIQLAMA

Son günlərdə hava şəraitinin dəyişkənliyi bəzi insanlar üçün xoş qarşılansa da, digərləri üçün mənfi təsir göstərir. Küləkli və ya yağışlı hava şəraiti istirahə...

Bu tarixdən İSTİLƏR DÜŞÜR - Yay havası olacaq

İyulun ikinci ongünlüyünə qədəm qoysaq da, əsl yay havası özünü hələ indi-indi göstərməyə başlayır. Paytaxt Bakı bu səhəri gözlənilməz yağış və sərinliklə qarşı...