Millət vəkilindən Hesablama Palatasına ÇAĞIRIŞ: "Korrupsiya olan nazirliklərə..."

Millət vəkilindən Hesablama Palatasına ÇAĞIRIŞ:

"Süni qiymət artımına qarşı antinflyasiya fəaliyyəti gücləndirilməlidir". 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Vahid Əhmədov bildirib.

 

Millət vəkili bəzi dövlət qurumlarında korrupsiyanın olmasına diqqət çəkib:

 

"İqtisadiyyat Nazirliyinin inflyasiya, süni qiymətə qarşı fəaliyyət göstərən xidməti var. Bu xidmətin fəaliyyəti ilə müşahidə edirik ki, son vaxtlar unun, çörəyin qiymətində enmələr var, bu tədbirlər gücləndirilməlidir. Bundan başqa bağlanmış banklardakı əmanətlərin qaytarılmasında, vaxtı keçmiş kreditlərin qaytarılması ilə bağlı problemlər var. Bu problemlər həll edilməlidir. 

 

Qurumlara kifayət qədər vəsait ayrılır, lakin görürük ki, bu vəsaitlərin xərclənməsində ciddi qüsurlar var. Hesablama Palatasından xahiş edirəm ki, korrupsiya olan nazirliklərə diqqət yetirilsin".

 


Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR