Bank böhranı qızılı bahalaşdırır – Qiymət 2 min dollara yaxınlaşıb

Bank böhranı qızılı bahalaşdırır – Qiymət 2 min dollara yaxınlaşıb

ABŞ-də ötən həftə 3 bankın bağlanmasından sonra qızılın qiymətində artım müşahidə edilir. 


Sfera.az xəbər verir ki, ötən həftə troya unsiyası (31,1 qram) 1817 dollar olan qızılın qiyməti hazırda 1934 dollardır. Bankların bağlanması bir həftə ərzində qızılın 117 dollar, yəni 6,4 faiz bahalaşmasına səbəb olub. 


Hazırda birjalarda bankların bağlanmasından sonra təlaş yaranıb. İnvestorlar yenidən maliyyə böhranının yaranacağından ehtiyatlanır. Bu səbəbdən ən etibarlı investisiya vasitəsi kimi qızıla sərmayə qoyulur. 


Birjalarda mövcud təlaşın qalacağı təqdirdə qızılın qiymətinin tezliklə 2 min dolları ötəcəyi təxmin edilir. 


Vasif


OXŞAR XƏBƏRLƏR