"ƏƏSMN və ona tabe olan qurumların gördüyü işlər qənaətbəxşdir" - Millət vəkili

Ötən ilin pozitiv nəticəsi kimi Dövlət Gömrük Komitəsində görülən işləri nümunə gətirmək olar.

 

Sfera.az xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev bildirib.

 

Millət vəkili Nazirlər Kabinetinin 2022-ci illə bağlı hesabatındakı bir sıra məsələlərə münasibət bildirib:

 

"ƏƏSMN və ona tabe olan qurumların gördüyü işlər qənaətbəxşdir, lakin millət vəkili, xalqla ünsiyyətdə olan biri kimi hesab edirəm ki, hələ görüləcək işlər var. Bundan başqa, dünyanın ən qabaqcıl şirkətləri yaşıl enerji ilə bağlı Azərbaycanda fəaliyyət göstərmək istəyir. Hökumət bu sahədə tədbirlərini intensivləşdirməlidir. Yaşıl enerji daxili tələbat üçün əsas məsələdir. Bu sahədən əldə olunan enerji dövlətin nəzarəti altında satıla bilər. Bu istehlak zənbilinə müsbət təsir göstərə bilər. Eyni zamanda ekoloji təmiz üsullardan istifadə edən inşaat şirkətlərinə də bununla bağlı güzəşt tətbiq etmək olar".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR