"Bu, pozuntuların əvvəlcədən qarşısının alınmasına xidmət edə bilər" - Millət vəkili

2022-ci ildə görülmüş nəzarət tədbirləri nəticəsində 225 mln manat həcmində artıq və əsasız ödənişlərin yalnız 35 milyon manatının bərpasını təmin etmək mümkün olub.


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib. 


Komitə sədrinin dediyinə görə,  təcrübə göstərir ki, vəsaitlərin itkisi ilə hadisə baş verdikdən sonra mübarizənin hüquqi effekti olsa da, iqtisadi effekti o qədər də yüksək olmur: 

 

Bu problem yalnız dövlət təşkilatlarında deyil, eyni zamanda özəl sektorda da müşahidə edilir. Məsələn, hesabat ilində səyyar vergi yoxlaması ilə əhatə olunanların 98.7%-də vergi qanunvericiliyinin, mühasibatlıq və maliyyə intizamının pozulması halları aşkar edilib. Ona görə də, maliyyə planlaşmasında və mühasibatlıq intizamında proaktiv, yəni pozuntuların baş verməsinə əvvəlcədən imkan verməyən mexanizmlərə ciddi ehtiyac yaranıb. Məsələn, hesab edirik ki, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, büdcədən maliyyələşən təşkilatlarda maliyyə rəhbərlərinin yarı müstəqilliyinin təmin olunması, onların çalışdığı orqanla yanaşı dövlət büdcəsinə cavabdeh orqan qarşısında da hesabatlı olması pozuntuların əvvəlcədən qarşısının alınmasına xidmət edə bilər".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR