400 il həbs cəzası alan şəxs 34 ildən sonra azadlığa çıxdı - Heç kimə nifrət etmirəm

400 il həbs cəzası alan şəxs 34 ildən sonra azadlığa çıxdı - Heç kimə nifrət etmirəm

ABŞ-ın Florida ştatında 400 il həbs cəzası alan Sidney Holms azadlığa buraxılıb. 57 yaşı olan Sidney günahsızlığı sübut olunana qədər 34 ilini dəmir barmaqlıqlar arxasında keçirdib.


Sfera.az bildirir ki, 1989-cu ildə silahlı quldurluqda iştirak etməkdə təqsirli bilinən Sidney Holms prokurorlar ittihamları ləğv etdikdən sonra həbsdən azad edilib. Yeni araşdırma nəticəsində məlum olub ki, şübhəli şəxs kimi yanlış tanınmaqdan başqa onu quldurluqla əlaqələndirəcək heç bir dəlil yoxdur.
Sidney Holms Florida mağazasının qarşısında silah zoru ilə bir kişi və qadını soyan iki cinayətkarı daşıyan sürücü kimi günahkar bilinib. Soyğun hücumçular qurbanların avtomobilini də əlindən alıblar.
 

Sidney Holms həyatının yarıdan çoxunu Florida ştatındakı Broward County həbsxanasında keçirib. Törətmədiyi cinayətə görə haqsız yerə məhkum olunmasına baxmayaraq, o, heç kimə kin bəsləmir.


"Xristian inancımla mən nifrət hiss edə bilmirəm" -deyə Holms bildirib.


2020-ci ildə Sidney Holms məhkumluğu yoxlamaq üçün prokurorluğa müraciət edib və işə yenidən baxılıb. Yeni araşdırma nəticəsində məlum olub ki, Holmsu oğurluqla əlaqələndirəcək heç bir sübut yoxdur.
 

Məhkəmədə əsas sübut olan şahidin şəxsiyyətinin qeyri-müəyyənliyi ilə bağlı şübhələr də yaranıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR