Ruslar dinc əhalinin əşyalarını oğurlayıb alkoqolla dəyişir

Ruslar dinc əhalinin əşyalarını oğurlayıb alkoqolla dəyişir

Ukraynanın müvəqqəti işğal olunmuş cənubundakı ruslar dinc əhalinin əşyalarını oğurlayaraq spirtli içkiyə dəyişməyə çalışırlar.

 

Sfera.az bildirir ki, bu barədə bu gün Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
 

“Rusiya işğalçıları Ukraynanın müvəqqəti işğal olunmuş ərazisində dövlət qurum və müəssisələrinin və mülki yaşayış evlərinin kütləvi şəkildə əmlakını oğurlamaqda davam edir”-hesabatda deyilir.
 

Malyarın sözlərinə görə, ötən həftə Xerson vilayətinin Razdolnoye, Kalançak, Novaya Zburyevka və Qolaya Pristan qəsəbələrində guya antiterror tədbirləri bəhanəsi ilə işğalçılar yerli sakinlərin, o cümlədən ev sahibləri tərəfindən müvəqqəti tərk edilmiş evlərdə axtarış aparıblar.


“Belə tədbirlərdən sonra Rusiya hərbçiləri adətən yerli mağazalardan ərzaq və spirtli içkilər almağa çalışıb, satıcılara oğurlanmış kiçik məişət texnikası, qab-qacaq, noutbuk və smartfonlarla ödəniş etməyi təklif ediblər”- deyə nazir müavini bildirib.
 

O, əlavə edib ki, oğurlanmış ən böyük əşyalar - soyuducu, paltaryuyan maşın, televizorlar işğalçılar tərəfindən hərbi sursatların daşındığı yük maşınları ilə çıxarılıb.
 

Bu arada, işğal olunmuş Mariupolda rus hərbçiləri yerli sakinlərin evlərini tamamilə məhv edilməzdən əvvəl sökməyə və qarət etməyə davam edir. Martın 15-də yerli sakin bildirib ki, işğalçılar onun qayınanasının evini qarət edib, hətta tualetin klapanlı qapağını da götürüblər.
 

Xatırladaq ki, 2023-cü ilin fevralında Rusiyanın Avito.ru pulsuz reklamlar saytında xarab monitorun satışı elanı paylaşılıb. Müəllifin sözlərinə görə, məhsul Ukraynadan ixrac edilən “kubok”dur. Məlum olub ki, Rusiya Federasiyasının işğalçısı özü ilə oğurlanmış sınmış monitoru min kilometrdən çox yerə daşıyıb.


2022-ci ilin noyabrında işğalçıların Xersonda incəsənət muzeyini qarət etdikləri faktı da qeydə alınıb. Muzeyin rəhbərliyinin bildirdiyinə görə, rus işğalçıları ən çox XVIII-XIX əsrlərin şah əsərlərinə maraq göstərib. Rusiya hərbçiləri sərgi fondunun 80%-ni belə demək mümkünsə, silib-süpürüblər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR