Futbolçunun dəbdəbəli malikanəsi və avtomobil kolleksiyası ağızları açıq qoydu – FOTOLAR

Futbolçunun dəbdəbəli malikanəsi və avtomobil kolleksiyası ağızları açıq qoydu – FOTOLAR

Ötən illərdə "Başakşehir" və "Kayserispor"un da formasını geyinən toqolu futbolçu Emmanuel Adebayorun avtomobillərini və yaşadığı malikanəni görənlərin ağzı açıq qalır. 

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, futbolçu Qananın Akkra şəhərində yerləşən dəbdəbəli evini və keçirdiyi lüks həyat tərzini tez-tez sosial şəbəkələrdə nümayiş etdirir. 

 

Uğurlu futbolçu evi haqqında etdiyi paylaşımda, "Bu ev dəbdəbədən daha çoxunu təmsil edir. Bu, hər şeyin zəhmət, nizam-intizam və daha ali gücə inamla mümkün olduğunu xatırladır. Qoy mənim hekayəm nə qədər böyük görünsələr də, xəyallarınızdan vazkeçməməyiniz üçün sizə ilham versin”, - deyə qeyd edib.


Kino həvəskarı olan Adebayorun dəbdəbəli evində dəri oturacaqlarla dizayn edilmiş kinoteatrı var. Evin içərisində tam təchiz olunmuş idman zalı ulduza özünü formada saxlamağa imkan verir.

 

39 yaşlı Adebayorın avtomobil kolleksiyasının ulduzu isə qızılı detalları olan “Rolls-Royce”lardır. Ancaq futbolçu ən çox üçtəkərli motosikletini sevir. 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR