1000 dəfədən dələduzluq etməklə sərvət qazandı

1000 dəfədən dələduzluq etməklə sərvət qazandı

Böyük Britaniyada Nina Tiara kimi tanınan 53 yaşlı Narinder Kaur piştaxtalardan mal oğurlayıb, sonra isə pulunun geri qaytarılmasını tələb etmək üçün insanları aldadıb.


Sfera.az bildirir ki, Narinder Kaur 2015-ci ilin iyul ayından 2019-cu ilin fevral ayına qədər ölkənin müxtəlif şəhərlərində 1000-dən çox mağaza oğurluğu edib. Fırıldaqçı onun hərəkətlərini lentə alan müşahidə kameraları sayəsində diqqət çəkib. O, mağazalara girib, piştaxtalardan mal götürüb və pulunu ödəməyib.



Beləliklə, Narinder Kaur 500 min funt-sterlinqdən çox varlanmağı bacarıb.


"Qadın qanuni olaraq adını dəyişib və ifşa olunmamaq üçün ikinci ad altında yeni bank hesabları və kredit kartları açıb. İndi onu haqlı olaraq cinayətlərinə görə ağır cəza gözləyir və ittiham tərəfi qanunsuz qazancının çoxunu geri almağa çalışacaq. Buna qanun da icazə verir" - deyə West Midlands ştatının baş prokuroru Giovanni D'Alessandro bildirib.
 

Narinder Kaur dələduzluq, cinayət yolu ilə əldə edilmiş əmlakın saxlanması və başqasına təhvil verilməsi də daxil olmaqla 26 ittiham üzrə təqsirli bilinib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR