Hacı Şahini əvəz edən Elbrus Kərimov niyə uzaqlaşdırıldı?

Hacı Şahini əvəz edən Elbrus Kərimov niyə uzaqlaşdırıldı?

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Nəsimi rayonu "Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənlinin vəfatından sonra həmin ibadət evinə hansısa təyinat olmayıb.

 

Sfera.az xəbər verir ki, bu sözləri globalinfo.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.

 

O bildirib ki, ötən həftə həmin məscidin dini icmasının istəyi ilə Elbrus Kərimov müvəqqəti olaraq məsciddə dini ayinlərin icrasını həyata keçirib:

 

"Daxil olan məlumatlara əsasən, E.Kərimovun dini təhsilinin olmadığı müəyyən edilib. Bununla bağlı Dövlət Komitəsində "Məşədi Dadaş” məscidi dini icmasının üzvləri ilə görüş keçirilib, imam vəzifəsinə təyinat olanadək qanunvericiliyin tələbinə uyğun olaraq dini ali və orta ixtisas təhsili olan şəxsin müvəqqəti olaraq dini ayinləri icra etməsi tövsiyə olunub”.

 

C.Əlifzadənin sözlərinə görə, icma tərəfindən hazırda Azərbaycan İlahiyyat İnstitutunun sonuncu kurs tələbəsi Elmir Vəliyevin dini ayinləri icra etməsinə köməklik göstərilməsi üçün müraciət edilib:

 

"İcmanın sosial layihələri və xeyriyyəçilik işlərinə dəstəyi barədə, həmçinin məscidə din xadiminin təyinatı və icma təsisçilərinin sırasında dəyişikliklərlə bağlı da fikir mübadiləsi aparılıb”

 

Qeyd edək ki, Məşədi Dadaş məscidində cümə namazını mərhum Hacı Şahin Həsənlinin tələbəsi Kərbəlayi Elmir Vəliyevin qılacağı açıqlanıb. Bundan əvvəl isə Məşədi Dadaş məscidində Hacı Şahini gənc din xadimi Elbrus Kərimovun əvəz edəcəyi haqda məlumat yayılmışdı.

 

Onun mədrəsə təhsilini bitirdikdən sonra İİR Əl-Mustafa Universitetində distant təhsil aldığı bildirilmişdi.


OXŞAR XƏBƏRLƏR

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...