Makron Baş nazirə xəbərdarlıq etdi: “Parlamenti buraxaram...”

Makron Baş nazirə xəbərdarlıq etdi: “Parlamenti buraxaram...”

Fransa Prezidenti Emmanuel Makron Baş nazir Elizabet Bourne ilə görüşü zamanı parlamenti buraxmaqla hədələyib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hazırda Fransada nazirlər deputatları nəzərdə tutulan islahatların lehinə səs verməyə inandırmağa çalışırlar.

 

Xatırladaq ki, Fransa hakimiyyəti pensiya yaşını 62-dən 64-ə qaldırmağa hazırlaşır. Üstəlik, 20 yaşından əmək fəaliyyətinə başlayan və ən azı 43 il iş stajı olanlar daha erkən, 63 yaşında pensiyaya çıxa bilərlər.

 

Yeniliklər vətəndaşların narazılığına səbəb olub. Fransızlar üç aya yaxındır ki, etiraz edirlər.

 

Martın 11-də dinc nümayiş iğtişaşlara çevrilib, bu zaman iştirakçılar polisə daş və butulka atıblar, zibil qutularını yandırıb ictimai nəqliyyatın dayanacaqlarını dağıdıblar. Buna cavab olaraq asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə edib və kütləvi həbslər aparıblar.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR