Dünyanın ən çox silah idxal edən ölkələri - SİYAHI

Dünyanın ən çox silah idxal edən ölkələri - SİYAHI

2018-2022-ci illərdə beynəlxalq silah ticarətinin həcmi əvvəlki beşillik dövrlə müqayisədə 5,1% azalsa da, bəzi ölkələr silah idxalını artırıb. Silah idxalını artıran ölkələr arasında Ukrayna da var. 


Sfera.az Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni hesabatına əsasən xəbər verir ki, 2018-2022-ci illəri əhatə edən 5 il ərzində ən böyük silah ixracatçısı ABŞ, Rusiya, Fransa, Çin və Almaniya olub. Onlar 2018-ci ildən 2022-ci ilə qədər dünya silah ixracının 76%-ni təmin edib. 


Beşillik müddətdə Rusiyadan silah ixracı əvvəlki beş illə müqayisədə 31% azalıb. Bu dövrdə Rusiyadan ən çox silahı Hindistan (31%), Çin (23 faiz), Misir (9,3 faiz) alıb. 


SİPRİ Ukraynada davam edən müharibə ilə əlaqədar Rusiyanın silah ixracının daha da azalacağını proqnozlaşdırır. Çünki Moskva istehsal etdiyi məhsulların çox hissəsini öz silahlı qüvvələri üçün istifadə edəcək. Həmçinin, Rusiyaya qarşı tətbiq edilən genişmiqyaslı ticarət məhdudiyyətləri də daxil olmaqla, çoxtərəfli sanksiyalar da Rusiyanın silah ixracına mane olacaq. 


2018-2022-ci illərdə Fransadan silahların ixracı 44% artıb. Bu artımın demək olar ki, üçdə biri Hindistana olub. Fransa həmçinin qlobal silah ixracatındakı payını əvvəlki beş ildəki 7,1%-dən 11%-ə yüksəldib. 


2018-2022-ci illərdə Çindən silah ixracı 23%, Almaniyadan isə 35% azalıb. 


Hindistan 2018-2022-ci illərdə dünyanın ən böyük silah idxalçısı olaraq qalıb. SİPRİ Hindistanın Pakistan və Çinlə gərginlik səbəbindən silah idxalını yüksək səviyyədə saxlayır. Son 5 ildə dünyada silah idxalına xərclənən hər 100 dollardan 11 dollarını Hindistan xərcləyib. 


Hindistandan sonra qlobal silah idxalında Səudiyyə Ərəbistanı (9,6%), Qətər (6,4%), Avstraliya (4,7%) və Çin (4,6%) ən böyük paya sahib olub. 


Diqqəti çəkən məqam Avropa ölkələrinin silah idxalını 47% artırmasıdır. Bu dövrdə Avropanın ən böyük silah idxalçısı Böyük Britaniya olub və o, beş il ərzində dünyanın 13-cü ən böyük silah idxalçısı ünvanını saxlayıb. 


2022-ci ilin fevralında Rusiya ilə müharibənin başlamasından sonra əsasən ABŞ və bir çox Avropa dövlətlərinin hərbi yardımı nəticəsində Ukrayna 2022-ci ildə Qətər və Hindistandan sonra dünyanın üçüncü ən böyük silah idxalçısına çevrilib. 2018-2022-ci illər ərzində dünya silah idxalının 2 %-i Ukraynanın payına düşüb. 


SIPRI-nin məlumatına görə, 2022-ci ildə Ukraynaya tədarük edilən silahların çoxu “ikinci əl” olub.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Şuşada mikroavtobus aşıb, xəsarət alanlar var

Şuşada ağır yol qəzası olub.   Sfera.az-ın məlumatına görə, mikroavtobus yoldan çıxaraq aşıb.   Qəza nəticəsində avtomobildə olan sərnişin...

Leypsiq kitabxanasında Motsartın bizə məlum olmayan əsərləri tapıldı

Leypsiq kitabxanasında tədqiqatçılar 1760-cı illərə aid bir əsər tapıblar. Bu əsər, ehtimal ki, Motsart yeniyetmə olarkən yaradılmışdır. Sfera.az bildirir ...

Azərbaycanda həbsdə olmuş bloqer indi də Ermənistanda SAXLANILDI

Bloqer Aleksandr Lapşin İrəvan hava limanında təyyarəyə minə bilməyib.   Sfera.az xəbər verir ki, o, "Zvartnots" hava limanında sərhədçilər...

Qonşu ölkədə GÜCLÜ ZƏLZƏLƏ OLDU

Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məl...

Naxçıvanda gəlin maşını qəzaya düşdü - Bir ölü, dörd yaralı

Naxçıvanda ağır yol qəzası olub.   Sfera.az nuhçıxan-a istinadən xəbər verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində 75-AF-793 d...

Xankəndidə illər sonra İLK TOY: bəy təəssüratlarını bölüşdü - VİDEO

Xankəndi şəhərində illər sonra ilk toy edən Fərhad Kərimli təəssüratlarını "Baku" TV ilə bölüşüb.   Təəssüratlarının çox gözəl olduğunu dey...