“Paşinyan bu açıqlama ilə gələcək məğlubiyyətini sığortalayır” - Politoloq

“Paşinyan bu açıqlama ilə gələcək məğlubiyyətini sığortalayır” - Politoloq

“Paşinyan “orduda 5-ci kolon var” dedikdə birmənalı şəkildə Rusiyanın agentura şəbəkəsini və bu şəbəkəyə bağlı erməni generalları nəzərdə tutub”.

 

Sfera.az  xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. O, Paşinyanın bu açıqlama ilə gələcək məğlubiyyətdən sığortalanmaq istədiyini deyib:

 

“Ermənistan ordusunda “5-ci kolon” nə ABŞ-a, nə də hansısa Avropa ölkəsinə aiddir. Nikol Paşinyan “5-ci kolon” ifadəsiylə özünü gələcək məğlubiyyətlərdən sığortalamaq istəyir. Yəni demək istəyir ki, “mən Azərbaycana bacardığım qədər müqavimət göstərirəm, ordu bacarıqsızdırsa bu, mənlik deyil”.

 

Paşinyan anlayır ki, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradacaq və Ermənistan ordusu bunun qarşısını ala bilməyəcək. Paşinyanın Rusiyaya ümidi yoxdur, ancaq Qərbdən də istədiyi təhlükəsizlik təminatını ala bilməyib. ABŞ, Avropa İttifaqı və ya Fransa Azərbaycanı durdura bilməyəcək”.

 

İnci


OXŞAR XƏBƏRLƏR