"Paşinyanın hakimiyyətdə olması müharibə təhlükəsi yaradır" - Partiya sədri

"Nikol Paşinyanın hakimiyyətdə olması böyük müharibə təhlükəsi yaradır". 

 

Sfera.az xəbər verir ki, bunu “Ardarutyun” partiyasının həmtəsisçisi Akop Akopyan bildirib.

 

O, N.Paşinyanın xalqı qorxu içərisində saxladığını deyib:

 

"Paşinyan cəmiyyəti qorxu mühitində saxlamağa çalışır ki, erməni maraqlarına zidd olan hərəkətlərini, addımlarını həyata keçirə bilsin. Nikol Paşinyan bunu etməyə qadir olduğunu bir neçə dəfə sübut edib. Bunun bariz sübutu 9 noyabr 2020-ci il tarixli müqavilədir. Müqaviləni imzalamaqla o, 30 min əsgərin həyatını xilas etdiyini bəyan etdi. Bu, hakimiyyəti saxlamaq üçün tanış skriptdir".

 

A.Akopyan Paşinyanın "artsax respublikası"nı inkar etdiyini vurğulayıb:

 

"Paşinyan üçün əslində artsaxın hakimiyyəti yoxdur, Qarabağın nümayəndələri var. Başqa sözlə, artsax respublikası artıq mövcud deyil. Azərbaycan prezidenti də həmin ifadələri işlədir. Ona görə də bu, mənim üçün yeni xəbər olmadı və məni təəccübləndirmədi. Ola bilsin ki, həmin mətbuat konfransının əsas məqsədlərindən biri xalqı düşmənin sözləri ilə tanış etmək olub. Paşinyan mətbuat konfransı zamanı eyham vurub ki, artsax yoxdur, artsax məsələsi yoxdur, Qarabağ var və Qarabağda ermənilər yaşayır, Qarabağda yaşayan ermənilərin nümayəndələri də var".

 

İnci

 


OXŞAR XƏBƏRLƏR

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...

AMB onlara icrası məcburi sərəncamlar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agen...