Neft kəskin ucuzlaşıb - Səbəbi nədir?

Neft kəskin ucuzlaşıb - Səbəbi nədir?

ABŞ-də 3 bankın müflis olması və ardınca Avropanın qiymətli kağızlar bazarında ucuzlaşmanın qeydə alınması əmtəə bazarlarında tələbi zəiflədib. Nəticədə əsas əmtəə hesab olunan neft qiymətlərində nəzərəçarpan azalma qeydə alınıb. 


Sfera.az xatırladır ki, ABŞ-də bankların müflis olması ötən həftə baş verib və son həftə ərzində ölkədə digər bankların səhmləri ucuzlaşıb. 


Dövlət qurumları bu neqativ prosesin digər banklara sirayət etməyəcəyini proqnozlaşdırsa da, baş verənlər bu ehtimalların özünü doğrultmadığını göstərir. 


Qərb ekspertləri iqtisadi baxımdan vəziyyətin ağır olmadığını, amma təlaş səbəbindən depozit sahiblərinin və investorların öz vəsaitlərini banklardan kütləvi şəkildə geri çəkə biləcəklərini qeyd edirlər. Məhz təlaş ABŞ, Avropa və digər əlaqəli bazarlarda ağır böhran əlamətləri yarada bilər. Maliyyə bazarlarında tarazlığın pozulması isə əmtəə bazarlarında da sabitliyi pozacaq. 


Sadalanan risklər əmtəə bazarlarının “aktyorlarını” qorxuya saldığından neft ucuzlaşmağa başlayıb. Son bir həftə ərzində “Brent” neftinin qiyməti 83 dollardan 72 dollara qədər enib. Qısa müddətdə neftin 13 faiz dəyər itirməsi iqtisadi səbəblərlə izah edilə bilməz, bu, daha çox təlaşın əlamətidir. 


Son bir həftədə Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı neft də dəyər itirib. Bir neçə gün ərzində “Azeri Light”ın qiyməti 85 dollardan 74,4 dollara geriləyib. 


Xatırladaq ki, 2008-ci ildə maliyyə bazarlarında baş verən böhran qısa müddət sonra əmtəə bazarlarına keçmişdi. Həmin dövrdə neft qiymətləri 130-140 dollardan 40-50 dollara qədər düşdü. İndi hamını qorxudan 2008-ci ildəki böhranın yenidən təkrarlanmasıdır. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Bakının axtardığı, İrəvanda saxlanılan Lapşindən son xəbər

Bloqer Aleksandr Lapşin İrəvan hava limanında təyyarəyə minə bilməyib.   Sfera.az xəbər verir ki, o, "Zvartnots" hava limanında sərhədçilər...

Şuşada mikroavtobus aşıb, xəsarət alanlar var

Şuşada ağır yol qəzası olub.   Sfera.az-ın məlumatına görə, mikroavtobus yoldan çıxaraq aşıb.   Qəza nəticəsində avtomobildə olan sərnişin...

Leypsiq kitabxanasında Motsartın bizə məlum olmayan əsərləri tapıldı

Leypsiq kitabxanasında tədqiqatçılar 1760-cı illərə aid bir əsər tapıblar. Bu əsər, ehtimal ki, Motsart yeniyetmə olarkən yaradılmışdır. Sfera.az bildirir ...

Qonşu ölkədə GÜCLÜ ZƏLZƏLƏ OLDU

Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məl...

Naxçıvanda gəlin maşını qəzaya düşdü - Bir ölü, dörd yaralı

Naxçıvanda ağır yol qəzası olub.   Sfera.az nuhçıxan-a istinadən xəbər verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində 75-AF-793 d...

Xankəndidə illər sonra İLK TOY: bəy təəssüratlarını bölüşdü - VİDEO

Xankəndi şəhərində illər sonra ilk toy edən Fərhad Kərimli təəssüratlarını "Baku" TV ilə bölüşüb.   Təəssüratlarının çox gözəl olduğunu dey...