\"Müdafiə Nazirliyi xəbərdarlıq edib, artıq gözləməyəcəyik, yaxın günlərdə...\" - AÇIQLAMA

\

Ötən gün gecə saatlarından etibarən ermənilər Azərbaycan Silahlı Qüvvələrinin Kəllbəcər, Daşkəsən, Xocalı və Xocavənddəki mövqelərini atəşə tutub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Son zamanlar düşmənin təxribatlarını intensivləşdirdiyi müşahidə edilir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, hadisələr qarşı tərəfin sülh gündəliyindən uzaq olduğunu göstərir:

 

“Davam edən hərbi təxribatların həm də siyasi motivli olması şübhəsizdir. Əgər Ermənistan hərbi-siyasi hakimiyyəti regional əməkdaşlıq idealında maraqlı olsa idi, təxribatlar törətməz və ya buna imkan verməzdi. Provokasiyaların təkrarlanmasının əsas səbəblərindən biri də, şübhəsiz ki, Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin mövcudluğudur. Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyannamələrin tələblərinə zidd olaraq, terrorçular hələ də torpaqlarımızdan çıxarılmayıb. Nə Moskva öhdəliyini yerinə yetirir, nə də İrəvan. Son təxribatlar göstərir ki, Qarabağdakı separatçılar təhlükəsizliyimiz və maraqlarımız üçün təhdiddir. Deməli, biz öz maraqlarımız naminə bu təhdidi aradan qalırmalıyıq”.

 

Müsahibimiz xatırlatdı ki, Müdafiə Nazirliyi artıq bir neçə dəfə qarşı tərəfə xəbərdarlıq edib və təxribatlara cavab olaraq adekvat tədbirlərin görüləcəyini deyib:

 

“Fikrimizcə, qarşı tərəf bu xəbərdarlıqlardan dərs çıxarmalıdır. Əks halda, yaxın günlərdə növbəti antiterror əməliyyatlarının başlanması mümkündür. Azərbaycan maraqlarının təmin olunması üçün müvafiq addımları atmaq iqtidarındadır. Biz bunun üçün kiminsə müdaxiləsini, qərarını gözləməyəcəyik”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...