Rusiyalı zənginlər sanksiyalara görə Zimbabvedə safari turlarını dayandırırlar

Rusiyalı zənginlər sanksiyalara görə Zimbabvedə safari turlarını dayandırırlar

Səyahət imkanlarını ciddi şəkildə məhdudlaşdıran Qərbin sanksiyalarına görə Rusiyanın zəngin vətəndaşları Zimbabvedə turlar və ov safariləri almağa daha çox meylli olublar.



Sfera.az bildirir ki, bu Afrika ölkəsinin populyarlığının əsas səbəblərindən biri olub.



Zimbabve Safari Operatorları Assosiasiyasının prezidenti Emmanuel Fundira sözlərinə görə, o, ənənəvi bazarlardan kənar müştərilərin sayının xüsusilə Rusiya hesabına artdığını görür.



Buna bir nöb Zimbabvenin də Qərb sanksiyaları ilə üzləşməsi kömək edib. ABŞ və Aİ Zimbabvenin liderlərini insan haqlarını pozmaqda və seçkiləri saxtalaşdırmaqda ittiham edərək, onlara da məhdudiyyətlər qoyub.



Zimbabve prezidenti Emmerson Mnanqaqvanın administrasiyası Qərbin tədbirlərinə cavab olaraq Moskva, Pekin və Minsklə münasibətləri gücləndirməyə başlayıb. Belarus prezidenti Aleksandr Lukaşenko fevralın əvvəlində Zimbabveyə səfər edib və bu, Belarus liderinin səfər etdiyi ilk Afrika ölkəsi olub. 2023-cü ilin yanvar və fevral aylarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Afrika ölkələrinə səfər edib. Rusiyalı nazir Sudan, Mali, Mavritaniya, Eritreya, Esvatini və Anqolaya səfər edib.



Emmanuel Fundirə görə, Qərbin bəzi varlı ruslara qarşı sanksiyaları onların müəyyən turizm istiqamətlərinə girişini məhdudlaşdırır. Zimbabve də öz növbəsində Moskva ilə dostluq əlaqələrindən istifadə etməyə çalışır.



Təkcə bir rusiyalı turist bu yaxınlarda Zimbabvedə iki həftəlik safari üçün 500 min dollar xərcləyib. O, daha ətraflı məlumat verməkdən imtina edib.



İyulun 26-29-da Sankt-Peterburqda ikinci Rusiya-Afrika İqtisadi Forumu keçiriləcək. Fundirin sözlərinə görə, tədbir Zimbabvenin safari sənayesinə zəngin ruslara ölkəni reklam etmək üçün əlavə imkan verəcək.



Qeyd edək ki, Zimbabve fillərin sayına görə Afrikada ikinci yeri tutur; ölkədə təxminən 100 min fil var. Fil ovlamağa icazə almaq üçün isə 10.000 dollar ödəmək lazımdır. Bundan başqa Zimbabvedə kərgədan, şir, bəbir və camışlara da rast gəlinir.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Bakıda "Qalatasaray"a görə kütləvi dava düşdü - SAXLANILANLAR VAR

Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.    Sfera.az bu barədə report-a istinadən xəbər verir.   Hadisə şahidlərinin verdiy...

“Qalatasaray” səfərdə “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Super Liqasının VI turunda İstanbul derbisi keçirilib.   Sfera.az xəbər verir ki, “Fənərbaxça” doğma azarkeşləri önündə &ldq...

Elza verilişdə yıxıldı -ANBAAN VİDEO

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu proqramda yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə sənətçinin iştirak etdiyi “Səhnə” adlı y...

Kürdəmirdəki ağır mikroavtobus qəzası ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.   TƏBİB-d...

Əhaliyə PİS XƏBƏR: Bu məhsul KƏSKİN BAHALAŞDI

Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.   Satıcıların sözlərinə görə, qiy...

Gimnastlarımız Portuqaliyada daha bir qızıl medal qazandılar -FOTO

Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qı...