İsveçrə bankları Çinin Rusiyaya qarşı sanksiyalardan qorxduğunu bildirir

İsveçrə bankları Çinin Rusiyaya qarşı sanksiyalardan qorxduğunu bildirir

İsveçrə bankı rəsmiləri Çinli müştərilərin sanksiyalara görə ölkədə pul saxlamaqdan daha çox narahat olduğunu bildirib.


Sfera.az bildirir ki, İsveçrənin neytral statusundan imtina etməsi və Aİ-nin anti-Rusiya tədbirlərinə qoşulması zəngin Çin vətəndaşlarının İsveçrə banklarında pul saxlamaqdan narahat olmasına səbəb olub.


“İsveçrənin neytral statusundan əl çəkməsinə nəinki təəccübləndik, əksinə şok olduq. Məndə statistik məlumatlar var ki, indi hesab açmaq istəyən yüzlərlə müştəri bunu edə bilməyəcək”-deyə bir bankir bildirib.


Digər bankir də təsdiqləyib: “Müştərilər arasında sanksiya məsələsi qaldırılıb”. Onun sözlərinə görə, bu mövzu keçən ilin sonundan müştəriləri narahat edirdi.


“Onlar pullarının bizimlə təhlükəsiz olub-olmadığını soruşdular”.


İsveçrə neytrallıq siyasətindən əl çəkərək Aİ-nin anti-Rusiya sanksiyalarına qoşulub. Ölkənin İqtisadiyyatı üzrə Dövlət Katibliyinin məlumatına görə, Bern Rusiyanın 7,5 milyard İsveçrə frankı (8,1 milyard dollar) dəyərində aktivlərini, həmçinin 15 mülkünü bloklayıb.


Son həftələrdə bir sıra insidentlər Çinə qarşı sanksiyaların tətbiqi ehtimalını yaxınlaşdırıb, o cümlədən ABŞ səmasında casus qalmaqalı və Pekinin Moskvaya mümkün silah tədarükü.


Mətbuata danışan bank rəhbərlərindən biri bildirib ki, onun fikrincə, İsveçrə rusiyalı müştərilərə qarşı həddindən artıq tələsik tədbirlər görüb. “Bir yerdə biz İsveçrənin nəyə qarışacağına və nəyə qarışmayacağına bir xətt çəkməliyik” -deyə o bildirib.


İsveçrə hökuməti ölkənin neytrallığının toxunulmaz olaraq qaldığını iddia edir, lakin sanksiyaların tətbiqinin Rusiyanın genişmiqyaslı beynəlxalq hüququn fundamental normalarını pozmas fonunda “İsveçrə neytrallığının etibarlılığının” sınağı olduğunu vurğulayıb.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Məhbuslar tunel vasitəsilə həbsxanadan qaçdı - FOTO

Rusiyanın Lipetsk vilayətindəki 2 saylı islah koloniyasından altı məhbus bir anda iki tunel qazaraq qaçıb. Artıq 5 qaçaq saxlanılıb. Onların hamısı Özbəkistan v...

Madonnanın qızı daha bir məşhur brendin reklam kampaniyasında rol alıb - FOTOLAR

27 yaşlı Lourdes Leon “Marc Jacobs” brendinin reklam kampaniyasında rol alıb. Gənc məşhur görüntüləri İnstaqramda paylaşıb.   Sfera.az bild...

Bakıda külək gücləndi, bu rayona qar yağır - FAKTİKİ HAVA

Oktyabrın 26-sı saat 23:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib ki, ölkə ərazisində qeyri-sabi...

"Oqtay, məni bağışla" - Dilarə Əliyeva

Bu gün Əməkdar artist Dilarə Əliyevanın "Mintonasiya" stand-up şousu baş tutub.   Sfera.az xəbər verir ki, aktrisa səhnədə mərhum həyat yol...

” Dünyanın güc mərkəzləri bu ölkələri öz nəzarətində saxlamaq istəyir” - VİDEO

“Avropa Parlamentinin apardığı siyasət Qərbin siyasətinin tərkib hissəsidir. Bu siyasətin tərkib hissəsi ondan ibarətdir ki, özlərindən zəif olkələri öz t...

Gürcüstanda parlament seçkiləri başa çatdı

Gürcüstanda keçirilən parlament seçkiləri yerli vaxtla saat 20:00-da başa çatıb.   Sfera.az xəbər verir ki, ümumilikdə ilk dəfə proporsional sistem ü...