Paranormal yoxsa Real hadisə? - “Amityville Cinayəti”

Paranormal yoxsa Real hadisə? - “Amityville Cinayəti”

1974-cü ilin noyabrında Ronald DeFeo Jr. bütün ailəsini qətlə yetirdi və bu hadisə bütün zamanların ən böyük dəhşət hekayələrindən birinə ilham verdi: Amityville Cinayəti.


Sfera.az qorxu filmlərindən daha dəhşətli hesab olunan bu hadisə haqqında yazı təqdim edir.


Amityvillein sadəcə xatırlanması belə bir çox Nyu-York sakinlərini qorxudan titrədə bilir. Əslində, şəkildə gördüyünüz bu ev Amityville cinayətləri sayəsində “Time” jurnalının ən yaxşı 10 “pərili ev” siyahısına daxil edilmişdir.



Əslində bunun ən mühüm səbəblərindən biri 1977-ci ildə nəşr olunan kitab və daha sonra bu kitab əsasında uyğunlaşdırılmış "Amityville Horror" filmidir. Kitabın gerçək hekayələrə əsaslandığı iddia edilsə də, Okean Bulvarının sakinləri bunun cəfəngiyat olduğunu düşünür.


Təbii ki, bütün bunları bir kənara qoysaq, sofizm olmayan şeylərdən biri də təəssüf ki, bu evdə baş verən qətl hadisəsidir...



1974-cü il noyabrın 13-də səhər tezdən DeFeo ailəsinin altı üzvü 35 kalibrli tüfəngdən açılan atəş nəticəsində yataqlarında ölü tapıldı. 23 yaşlı Ronald DeFeo Jr. ailənin böyük uşağı idi. O, soyuqqanlı ifadə verərək, qətlləri özü törətdiyini bildirib. Valideynlər Luiza və Ronald DeFeo, 18 yaşlı qardaşı Daun, 13 yaşlı qardaşı Allison, 12 yaşlı qardaşı Mak və 9 yaşlı qardaşı Con Metyu vəhşicəsinə qətlə yetirilib.


Daha sonra bir çoxları bu evin 112 Okean Bulvarına şər ruhları cəlb etdiyini, hətta bəziləri bu evdə baş verənlərin ruhlar tərəfindən edildiyini iddia etməyə başladı.


Bəs doğurdanmı Amityville cinayətlərindən əvvəl evdə həqiqətən pis bir varlıq var idi və bu gəncin bütün ailəsini öldürməyə məcbur etmişdimi?
 

Bu suala heç vaxt cavab tapılmasa da, bildiyimiz yeganə fakt budur ki, Ronald DeFeo Jr. maddi cəhətdən çox rahat, lakin ruhən özünü xoşbəxt hiss etməyən biri idi. Atası son dərəcə avtoritar və istismarçı adam idi. Anası, dominant şəxsiyyəti ilə Ronald üzərində böyük səlahiyyətlərə sahib idi. Bütün bunlara görə Ronald DeFeo Jr. getdikcə daha çox problem yaşamağa başlayırdı.


Bütün bunların öhdəsindən gəlmək üçün o, narkotik və spirtli içkilərdən istifadə etməyə başlayıb. O, atasına fiziki təzyiq göstərib, hətta bir dəfə onu silahla hədələyib.

DeFeonun valideynləri oğlunun dəyişəcəyi ümidi ilə ona həftəlik hədiyyələr alır və cib pulu verirdilər. 18 yaşında Ronald ailəyə məxsus avtosalonda işə düzəlir. 1974-cü ildə işini tərk etmək qərarına gəlir. O, dostları ilə barlarda görüşür, ailəsinin zənglərinə cavab vermir, tənhalıqdan daim şikayət edirdi. Bu səbəbdən o, evi tərk edib. Geri qayıdanda isə hər şey həmişəlik dəyişəcəkdi...


Valrie Plazanın "Amerikalı Kütlə qatilləri” kitabına görə, DeFeo həmin gün səhər saat 6:30-da bara girərək "Mənə kömək edin. Deyəsən, valideynlərimi güllələyiblər!" qışqırır.

Okean prospektindəki evə gələn bar işçilərini dəhşətli mənzərə qarşılayıb. Altı cəsədin hamısı mədələri üzərinə qoyulmuş vəziyyətdə çarpayılarında tapılıb. Qurbanlar səhər saat 3.15 radələrində yüksək güclü tüfənglə güllələnib. Bununla belə, hadisə yerində çox da məntiqə uymayan şeylər var idi. Meyitlərin üzərində heç bir mübarizə əlaməti və ya narkotik maddə qəbulu ilə bağlı sübut yox idi. Oyaq qonşulardan heç biri atəş səsi eşitmədiklərini söyləyib. Yalnız DeFeon ailəsinin iti bir neçə dəfə hürüb.


Polis araşdırması zamanı Ronaldın ifadəsi bir neçə dəfə dəyişdirilib və bu, təbii ki, böyük diqqət çəkib.


O, hətta bir anda mafiya başçısı Louis Falinin ailəsini öldürdüyünü iddia edib. Amma məlum olub ki, həmin vaxt Falini xaricdə olub. Sonda Ronald ailəsini öldürdüyünü etiraf etməli olub.


1975-ci il oktyabrın 14-də o, mühakimə olunub. Vəkili Uilyam Veber müttəhimin ona ailəsini öldürməsini söyləyən səslər eşitdiyini bildirib və Ronaldın psixi cəhətdən qeyri-sabit olduğunu iddia edib.



Bununla belə, ittiham tərəfi iddia edib ki, narkotik aludəçisi DeFeo həqiqətən xəstə olmasına baxmayaraq Amityville qətlini törədən zaman nə etdiyinin fərqində olub. Buna görə də, münsiflər heyəti onu altı fərqli qətlə görə ikinci dərəcəli cəzaya məhkum edib və o, altı eyni vaxtda 25 il həbs cəzasına məhkum edildib.
Bütün bunlar davam edərkən, Ronald yaşadıqlarını fərqli bir şəkildə təsvir etməyə davam edib. O, hətta bacısının atasını öldürdüyünü iddia edib.
 

O, bu hadisədən sonra anasının qardaşlarını da öldürdüyünü iddia edib. Ronald isə təkcə anasını öldürübmüş. 1990-cı ildə Ronald yenidən iddia edib ki, bacısı bütün ailəni öldürüb və Ronaldı da öldürmək üzrəykən o, bacısını güllələyib. O, müxtəlif ifadələrində evdə ikinci şəxsin olduğunu da bildirib. Bəs evdə həqiqətən ruh var idimi?


Ronald DeFeo Jr-ın vəkili Uilliam Veber ilə görüşən evin növbəti sakinləri Corc və Keti Lutz bu qətli kitab halına salmaq istəyirdilər.



Həmmüəlliflik etdiyi kitabdan qonorar payı əldə edə bilməyən Veber Lutz ailəsinə bir neçə məhkəmə iddiası da qaldırıb. O, kitaba görə 60 milyon dollar haqqı olduğunu iddia edib. Məhkəmə ona 2500 dollar, üstəlik kitab və filmdən əldə olunan gəlirdən 15 000 dollar mükafat verməyi məqsədəuyğun hesab edib. İnansanız da inanmasanız da, Lutz ailəsinin oğlu Daniel evdə ruh olduğunu iddia edir.


Lutz ailəsinin digər oğullarından biri olan Kristofer evin içərisində kölgə şəkilli kişilərin ona tərəf hərəkət etdiyini gördüyünü və bunun onu narahat etdiyini söyləməyə davam edir.


Maraqlıdır ki, həm Corc, həm də Keti Lutz yalan detektoruna daxil olsalar da, maşın onların heç birinin yalan danışmadığı qənaətinə gəlib.

 

Xanım

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Məhbuslar tunel vasitəsilə həbsxanadan qaçdı - FOTO

Rusiyanın Lipetsk vilayətindəki 2 saylı islah koloniyasından altı məhbus bir anda iki tunel qazaraq qaçıb. Artıq 5 qaçaq saxlanılıb. Onların hamısı Özbəkistan v...

Madonnanın qızı daha bir məşhur brendin reklam kampaniyasında rol alıb - FOTOLAR

27 yaşlı Lourdes Leon “Marc Jacobs” brendinin reklam kampaniyasında rol alıb. Gənc məşhur görüntüləri İnstaqramda paylaşıb.   Sfera.az bild...

Bakıda külək gücləndi, bu rayona qar yağır - FAKTİKİ HAVA

Oktyabrın 26-sı saat 23:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib ki, ölkə ərazisində qeyri-sabi...

"Oqtay, məni bağışla" - Dilarə Əliyeva

Bu gün Əməkdar artist Dilarə Əliyevanın "Mintonasiya" stand-up şousu baş tutub.   Sfera.az xəbər verir ki, aktrisa səhnədə mərhum həyat yol...

” Dünyanın güc mərkəzləri bu ölkələri öz nəzarətində saxlamaq istəyir” - VİDEO

“Avropa Parlamentinin apardığı siyasət Qərbin siyasətinin tərkib hissəsidir. Bu siyasətin tərkib hissəsi ondan ibarətdir ki, özlərindən zəif olkələri öz t...

Gürcüstanda parlament seçkiləri başa çatdı

Gürcüstanda keçirilən parlament seçkiləri yerli vaxtla saat 20:00-da başa çatıb.   Sfera.az xəbər verir ki, ümumilikdə ilk dəfə proporsional sistem ü...