Koronavirus üz korluğuna səbəb olur - Atasını belə tanıya bilmədi...

Koronavirus üz korluğuna səbəb olur - Atasını belə tanıya bilmədi...

ABŞ-ın “Cortex” tibb jurnalı bu ay oxucuları ilə koronavirusla bağlı çox diqqətəlayiq bir hadisəni paylaşıb. Belə ki, jurnal koronavirus infeksiyasından sonra öz ailəsinin üzünü belə tanıya bilməyən və istiqamət duyğusunda ciddi problemlər yaşayan 28 yaşlı amerikalı qadının başına gələnləri işıqlandırıb. 
 

 

Sfera.az xəbər verir ki, Dartmut Kollecinin araşdırmasına görə,koronavirus infeksiyası nəticəsində prosopaqnoziyaya yoluxan ilk və yeganə şəxs olan Enni adlı qadının vəziyyəti həm ABŞ-da, həm də dünyada diqqət çəkib.

 

Müştəri nümayəndəsi kimi çalışan Enni koronavirus infeksiyasından sağaldıqdan iki ay sonra problemlərlə üzləşib. Ailə üzvləri ilə restoranda görüşməyə gedən gənc qadın ora çatanda ailəsini tanımayıb və iki dəfə onların yanından keçib. Atasının səsini eşidən qadın onlara baxanda həyatının şokunu yaşayıb, çünki qarşısındakı sifətlərin heç biri ona tanış gəlməyib. "Atamın səsi yad adamın üzündən çıxırdı", -deyə Enni bildirib. 

 

Üstəlik, onun yeganə problemi üzləri tanımamaq deyil. İstiqamət duyğusunda da problem olan qadın indi marketə getməkdə, avtomobilini saxladığı yeri tapmaqda çətinlik çəkir. İllərdir əzbər bildiyi yollarda belə itdiyini söyləyən gənc qadın naviqasiya tətbiqləri ilə həyatına davam etməyə çalışır. 

 

Həkimlər Enninin üz tanıma problemlərini qiymətləndirmək və onun digər qavrayış və ya idrak qabiliyyətlərində də problemləri olub-olmadığını müəyyən etmək üçün bir sıra testlər ediblər. Nəticələr heyrətamiz idi. Enni təkcə tanış olduğu insanların adlarını xatırlamamaqla qalmır, həm də yeni şəxsiyyətləri öyrənməkdə  də çətinlik çəkirdi.

 


Qeyd edək ki, üz korluğu üz qavrayışı ilə əlaqəli idrak pozğunluğudur. “Prosopaqnoziya” adlanan bu vəziyyət insanların üz, ağız və göz kimi elementləri görmələrinə baxmayaraq, aralarında əlaqə qura bilməməsi ilə xarakterizə olunur. Xəstəlik anadangəlmə və ya sonradan inkişaf edə bilər.

 

ABŞ Nevroloji Xəstəliklər İnstitutuna görə, üz korluğu insult, travmatik beyin zədəsi və ya müəyyən nevroloji problemlər nəticəsində yarana bilər. Xəstəliyin müalicəsi yoxdur.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Vilayət Eyvazov polislərə tələb qoydu

Daxili işlər naziri Vilayət Eyvazov polis əməkdaşlarından vətəndaş məmnunluğunun təmin edilməsi, qəbul işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib. ...

Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı

Xalq artisti Niyaməddin Musayev ilk dəfə illərdir küsülü olduğu qardaşı oğlu Musa Musayevin adını çəkib.   Sfera.az xəbər verir ki, "Xəzər ...

Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 1991-ci il təvəllüdlü Əliyev Ramil Ramiz oğlu v...

London Kiyevə 5000 zenit raketi tədarük edəcək

Böyük Britaniyanın baş nazirinin müavini Ancela Reyner cümə axşamı Ukraynaya 5 mindən çox “Thales” zenit-raket kompleksinin tədarükü ilə bağlı öncəd...

Ermənistan XİN də bugünkü görüşlə bağlı məlumat yaydı

Ermənistan XİN Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüşlə bağlı məlumat yayıb.   ...

"Range Rover"in yeni loqosu bəyənilmədi

Məşhur britaniyalı avtomobil istehsalçısı Jaguar Land Rover (JLR) 55 illik tarixi olan Range Rover brendi üçün ilk dəfə rəsmi loqo təqdim edib. Lakin şirkətin b...