Pike Şakiranın yeni mahnısı haqqında şərh verməkdən imtina etdi

Pike Şakiranın yeni mahnısı haqqında şərh verməkdən imtina etdi

İspaniyalı futbolçu Pike ilə müğənni Şakiranın qalmaqallı ayrılması 2022-ci ilin yayından bəri izlənilir və diqqət mərkəzindədir.
 

Pike ilk dəfə Şakiranın "intiqam mahnısı"na cavab vermişdi.
 

Sfera.az bildirir ki, ötən gün RAC1-də müsahibə verən Pike keçmiş sevgilisi barədə soruşduqda səmimi cavablar verib.
 

"Danışmaq istəmirəm. Hər ikimiz məsuliyyət daşıyırıq, biz valideyn olaraq övladlarımızı qorumalıyıq. Hər kəs öz qərarını verir. Artıq-əksik danışmaq istəmirəm. Sadəcə övladlarımın yaxşı olmasını istəyirəm" -deyə Pike bildirib.


"Övladlarımla həmişə yaxın münasibətim olub. Övladım məndən Krallar Liqasında iştirak etməyi xahiş edəndə necə həyəcanlı idi. Məni oğlumun sevincindən daha çox sevindirən heç nə yoxdur. Bunu yenə olsa, yenə edərdim"- deyə keçmiş FC Barcelona üzvü əlavə edib.
 

Qeyd edək ki, cütlük ötən yay ayrılıb.

 

Şakira həm Pikenin, həm də onun yeni yoldaşı Klara Çia Martidən bəhs edən dünyaca məşhur mahnılar buraxıb, ispaniyalı futbolçu isə bəzi şəkillərində bu sözlərlə lağ edib.


Əvvəllər Şakira keçmiş sevgilisi ilə 23 yaşlı sevgilisinin yeni münasibətini lağa qoyduğu qisas mahnısını yayımlayıb. Daha sonra Gerard Pique Casio brendi ilə əməkdaşlığa başlamaqla Şakiranın mahnısına cavab verib.


Pikenin Şakira ilə şəkilləri silməməsi də diqqətlərdən yayınmayıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...

AMB onlara icrası məcburi sərəncamlar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agen...