Bu ölkə “Vaqner”i terror təşkilatı kimi tanıdı

Bu ölkə “Vaqner”i terror təşkilatı kimi tanıdı

Litva parlamenti Rusiya təhlükəsizlik şirkəti “Vaqner”i terror təşkilatı kimi tanıyan qətnamə qəbul edib. 


Sfera.az xəbər verir ki, qərarda "Vaqner"in təcavüzkar Rusiya ilə birlikdə hərbi əməliyyatlarda fəal iştirak etdiyi, Ukraynada terrorçuluğa bərabər sayılan hərəkətlər etdiyi bildirilib. 


Bundan əlavə, qərarda terror təşkilatı kimi tanınan “Vaqner”in Mərkəzi Afrika Respublikası, Sudan və Mali kimi ölkələrdə də fəaliyyət göstərdiyi və ABŞ Maliyyə Nazirliyi tərəfindən “transmilli cinayət təşkilatı” kimi müəyyən edildiyi vurğulanıb. 


Qərara “Vaqner”in təsisçisi Yevgeniy Priqojin “Telegram” vasitəsilə cavab verib:

 

“Litva mikrodövlətdir və Litva parlamentarilərinin fikirləri hətta qonşu ölkələrin Latviya və Estoniya sakinlərinə çətin ki, təsir edə bilər”.


Priqojin onu da əlavə edib ki, qərarın qəbulu “Vaqner”in işinə heç bir şəkildə təsir etməyəcək.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...