Ərdoğanın sözçüsü ABŞ-yə səfər etdi, Sallivan və Nulandla GÖRÜŞDÜ

Ərdoğanın sözçüsü ABŞ-yə səfər etdi, Sallivan və Nulandla GÖRÜŞDÜ

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Vaşinqtona səfər edib.

 

Sfera.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına əsasən, tərəflər arasındakı müzakirələrdə Azərbaycan da yer alıb.

 

Belə ki, İ.Kalın Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb.


Məlumata görə, görüşdə Ağ Evdə və Dövlət Departamentində keçirilən görüşlərdə Cənubi Qafqazdakı vəziyyət, Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi kimi məsələlər yer alıb.

 

İnci

 


OXŞAR XƏBƏRLƏR