Türkiyədən Finlandiyanın NATO üzvlüyünə “yaşıl işıq”
14:55 / 15.03.2023
9462
“Türkiyə yaxın günlərdə Finlandiyanın NATO üzvlüyünü təsdiqləyəcək”.
Sfera.az bildirir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Sözügedən məsələ ilə bağlı adının açıqlanmasını istəməyən türkiyəli səlahiyyətli şəxslər agentliyə açıqlama verib.
Qeyd olunub ki, Türkiyə mayın 14-də keçiriləcək parlament və prezident seçkilərindən əvvəl Finlandiyanın NATO-ya üzvlük müraciətini təsdiq etməyi planlaşdırır.
Rəsmilər bildiriblər ki, Türkiyə parlamentinin aprelin ortalarında Finlandiyanın NATO üzvlüyünü ratifikasiya etmək ehtimalı yüksəkdir.
Günay Rəsulqızı