Rusiyalı səfirdən ABŞ dronu ilə bağlı açıqlama: “Kəşfiyyat məlumatı toplayırlar”

Rusiyalı səfirdən ABŞ dronu ilə bağlı açıqlama: “Kəşfiyyat məlumatı toplayırlar”

“ABŞ hərbçilərinin Rusiya sərhədlərinə yaxın ərazidə hərəkətləri qəbuledilməzdir”.

 

Sfera.az bildirir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bir gün əvvəl Qara dəniz üzərində aşkar edilən Amerika pilotsuz təyyarəsi ilə bağlı insidentdən danışarkən deyib. Onun sözlərinə görə, ABŞ-ın bu cür fəaliyyəti narahatlığa səbəb olur.

 

 “Amerika pilotsuz təyyarələri Kiyevin silahlı qüvvələrimizə və ərazimizə zərbələr endirmək üçün istifadə etdiyi kəşfiyyat məlumatlarını toplayır”, - Antonov bildirib.

 

Səfir həmçinin, bu insidentdən sonra Rusiya Federasiyasının sərhədləri yaxınlığında ABŞ-ın uçuşlarının dayandırılmasına ümid etdiyini qeyd edib.

 

Xatırladaq ki, ABŞ ordusuna məxsus MQ-9 müşahidə pilotsuz təyyarəsi çərşənbə axşamı Rusiya qırıcıları tərəfindən tutulduqdan sonra Qara dənizə düşüb. Pentaqon Rusiyanın iki “Su-27” qırıcısının Qara dənizdə ABŞ-ın MQ-9 pilotsuz uçuş aparatının qarşısını kəsməyə çalışdığını, təyyarələrdən birinin qəzaya uğraması zamanı isə MQ-9-un beynəlxalq sulara düşdüyünü açıqlayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR