ABŞ Çini məngənəyə salıb: "Bütün kartlar Vaşinqtonun əlindədir, bu ölkələr də Pekinə..."

ABŞ Çini məngənəyə salıb:

ABŞ Çinə qarşı yeni sanksiyalar paketi tətbiq etməyə hazırlaşır.  Bu barədə “Wall Street Journal” jurnalı məlumat yayıb. Qeyd olunub ki, Vaşinqton Amerika şirkətlərinə Çinin bir sıra texnoloji sahələrinə yatırım qoymağı qadağan edəcək. “Reuters” agentliyinin xəbərinə görə, Vaşinqton Çinin yarımkeçiricilər sahəsinin inkişafını da əngəlləməyə çalışır. Amerika vətəndaşlarına Çinin texnoloji şirkətlərində işləmək qadağan ediləcək. Çinin bu ölkədəki səfirliyi isə heç bir qadağanın Çin elminin və texnologiyalarının inkişafına mane olmayacağı bildirib.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, qadağalar dövlət katibi Entoni Blinkenin Çinə səfərindən sonraya saxlanılmışdı:

 

“Ancaq səfər Amerika səmasında Çin kəşfiyyat şarlarının uçması səbəbindən təxirə salındı. Bu səbəbdən Vaşinqton qadağa qərarlarını daha erkən verəcəyini bəyan edib.  Pekin ABŞ qadağalarına qarşı mübarizə strategiyası hazırlamağa başlayıb. Çin lideri Si Cinpinin baş müşaviri Lyu Xenin sözlərinə görə, ölkə təhlükəsizliyi və modernləşdirilməsi üçün lazımi bütün addımlar atılacaq. Ancaq bəyanatla problem həll olunmur. Çində yüksək texnologiyalar və çiplərin istehsalı sahələri üzrə mütəxəssislərin sayı çox deyil. Yəni Amerika Çinə problem yarada bilər. 2024-ci il üçün Çinin yarımkeçiricilərin sənayesində 800 min işçiyə ehtiyacı olacaq. Çin bunların üçdə bir hissəsini xarici ölkələrdən cəlb etməyi planlaşdırır”.

 

Ekspert qeyd edib ki,  Çin Yaponiya, Cənubi Koreya və Hollandiyaya müraciət edərək yarımkeçiricilərin istehsalında əngəllərə qarşı birgə mübarizə aparmağı təklif edib:

 

“Bu ölkələrin Çinin çağırışına müsbət cavab verəcəyi çətindir. Bu ölkələr ABŞ ilə strateji tərəfdaşdırlar. Əksinə, Vaşinqton tərəfdaşlarının Çinin yüksək texnologiyalar istehsalına qoyulan qadağalara şərik olmasını istəyir”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

12 iyulla bağlı vacib MƏLUMAT

Dünyada anomal istilər baş verir. Belə ki, Avropada kəskin istilər nəticəsində 2300-ə yaxın insan ölüb, Amerikada istidən asfalt örtüyü əriyib. Ölkəmizdə isə hə...

Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var

Rusiya Federasiyasının Volqoqrad vilayətinin Voljski şəhərindəki metallurgiya zavodunda ağır texnoloji qəza baş verib.   Sfera.az Rusiya KİV-ə istina...

Əli Əsədov pakistanlı naziri qəbul etdi

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 10-da Pakistan İslam Respublikasının federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüşüb.   Bu bar...

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...