Qumar oyunlarından asılılıq necə yaranır? – Müalicəsi varmı?

Qumar oyunlarından asılılıq necə yaranır? – Müalicəsi varmı?

“Qumar oyunları istər mənəvi-psixoloji, istərsə də dini cəhətdən doğru deyil. İnsanlar çalışır ki, zəhmət çəkmədən nəsə əldə etsin”.

 

Bunu Sfera.az-a açıqlamasında deputat Arzu Nağıyev bildirib. Millət vəkili yaşından asılı olmayaraq insanlarda qumar asılılığının yarandığını qeyd edib:

 

“Hər bir insan özünü idarə etməyi bacarmalıdır. Həddi-buluğa çatmamış şəxslərin mərc oyunlarında işrirakı qadağan edilsə də, məlum məsələdir ki, onlar da bu işə aludə olur. Oyunun patalaogiyası qumar həvəsinin yaranmasına gətirib çıxarır ki, bu da insananın sosial həyatına zərər vurur, ailə əlaqələrini korlayır, insanın formalaşmasına mane olur və s. Dəfələrlə normal işi, həyat şəraiti olan şəxslərin qumar oyunlarına qurşanması ilə borca düşdüyünün şahidi oluruq. Qumarbaz üçün bu oyunları oynamağın bir neçə əhəmiyyəti var. Birinci məsələ pulun əhəmiyyətidir, daha sonra rəqibləri qabaqlamaq niyyəti olur. Eyni zamanda oyun zamanı yaşanan gərginlik bir sıra xəstəliklərin də yaranmasına gətirib çıxara bilir”.

 

Deputat qumar asılılığı olan insanların zəruri halda müalicə üçün psixoterapevtə müraciət etməli olduğunu deyib:

 

“Ən acınacaqlı hal olur ki, qumar insanda asılılıq yaradır. Əvvəlcə qumar asılılığının yaranmasını müəyyən etmək lazımdır ki, ilkin mərhələdə bunun qarşısı alınsın. Asılılığın ağır formasında isə ambulator və stasionar müalicə üsulunu seçmək lazımdır. Yəni xəstəlik ağırlaşmamış psixoterapevtlə danışmaq lazımdır. İstər böyük, istərsə də yaşı az olan insanlarda asılılıq yarana bilir. Lakin istənilən yaşda asılılığın qarşısını almaq olar. Belə bir deyim də var ki, qumarda qalib olan tərəf olmur. Ona görə də qumar oyunlarını  qadağan etsək də, aludəçilər müxtəlif formada yenidən bir yolunu tapıb, qumar oynayacaqlar. Buna görə maarifləndirmə işi aparılmalı, insanlarda şəxsi məsuliyyət hissi formalaşmalıdır”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...

AMB onlara icrası məcburi sərəncamlar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agen...

Azərbaycan Dəmir Yollarında yeni mətbuat katibi…

Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər...