Cəmi 1 gün evli qaldılar - Məhkəmədə dava düşdü, 2 nəfər yaralandı

Cəmi 1 gün evli qaldılar - Məhkəmədə dava düşdü, 2 nəfər yaralandı

Evlənib cəmi 1 gün eyni evdə yaşayan cütlüyün boşanma davası 2 nəfərin yaralanması ilə nəticələnib. 


Sfera.az bildirir ki, hadisə Türkiyənin Ankara şəhərində baş verib.

 

Ankara Ailə Məhkəməsində Zeynep A. ilə Onur A.-nın boşanma prosesi ilə bağlı davam edən məhkəmənin ikinci iclasından sonra tərəflər arasında mübahisə düşüb. Ədliyyə binası qarşısındakı mübahisə qısa zamanda davaya çevrilib.

 

Onur A. qaynanası S.Y.-ni yumruqlayıb, atası Yılmaz A. isə avtomobili qız tərəfinin üzərinə sürüb. Zeynep A.-nın qardaşı Yiğit Y. də davaya qarışaraq Yılmaz A.-ya bıçaqla xəsarət yetirib.

 

Hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.

 

Yılmaz A. və S.Y. tibb işçilərinin ilk müdaxiləsindən sonra xəstəxanaya aparılıb. Dava edən şəxslər polis tərəfindən saxlanılıb. 

 

Hadisə ilə bağlı araşdırma aparılır. 

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...