Türkiyədə prezidentliyə namizədlər yarım milyondan çox pul ödəməli olacaqlar

Türkiyədə prezidentliyə namizədlər yarım milyondan çox pul ödəməli olacaqlar

Türkiyədə bu il mayın 14-də keçiriləcək Prezident və parlament seçkiləri üçün geri sayım davam edir.

 

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün prezidentliyə namizədlərin nə qədər pul ödəyəcəyi bəlli olub.

 

Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener açıqlama verib. O, prezidentliyə namizədlərin 555 min 980 lirə ödəyəcəyini bildirib:


“Prezidentliyə namizədlərlə bağlı prinsip və əsaslar müəyyənləşib, seçkilərdə iştirak etmək hüququ olan siyasi partiyaların prinsipləri və əsasları da müəyyən edilib.
Müstəqil millət vəkili olmaq istəyənlər üçün qanunda nəzərdə tutulan məbləğin 55 min 598 lirə, seçicilər tərəfindən namizədliyini irəli sürmək istəyən prezidentliyə namizədlərin yatırmalı olduğu məbləğin isə 555 min 980 lirə olduğu müəyyənləşib”.

 

Lalə

Sfera.az

 


 


OXŞAR XƏBƏRLƏR