Varlı ailələr arasında yeni dəb: övladlarına hormon iynəsi vurdururlar - SƏBƏB

Varlı ailələr arasında yeni dəb: övladlarına hormon iynəsi vurdururlar - SƏBƏB

ABŞ qəzetləri "Kosmetik endokrinologiya" adlı yeni çılğınlığı öz manşetlərinə daşıyıblar.

 

Sfera.az xəbər verir ki, mediada yer alan məlumatlara görə amerikalı ailələr övladlarına hormon iynəsi vurdurmağa başlayıblar.

 

Belə ki, səhhətlərində heç bir problem olmasa da, uşaqlarının qısa olduğunu düşünən ailələr bu yola əl atır. “Kosmetik endokrinologiya” adlanan prosedur geniş yayılıb. Həkimlər isə sözügedən prosedurun sağlamlıq riskləri ola biləcəyi barədə xəbərdarlıq edirlər. 


Ekspertlər yeniyetmələri hədəf alan yeni tendensiyanın onlara mənfi sosial mesaj ötürdüyünü, eyni zamanda da ürək problemləri riskini artırdığını deyirlər. 
Valideynlər isə bunu etdiklərinə görə peşman olmadıqlarını bildirirlər. 


Adının açıqlanmasını istəməyən, Robert ləqəbindən istifadə edərək "New York Post" qəzetinə danışan manhettenli bir ata, 2021-ci ildə 12 yaşlı oğluna bu iynədən vurdurduğunu deyib. O, uşağının böyümə cədvəlində geridə olduğunu öyrənən kimi vəziyyəti yaxşılaşdırmaq üçün hərəkətə keçdiyini bildirib. Boyu təxminən 1,34 metr olan uşaq endokrinoloqa aparılıb və onun boyunun qısa olmasının səhhətindəki hərhansı problemdən qaynaqlanmadığı müəyyən olunub. Valideynlər 3 000 dollar qarşılığında uşağa böyümə hormonu vurdurmaq qərarına gəliblər.

Robert oğlunun böyüməsinə kömək etmək istədiklərini ifadə edib: "Nəticənin riskə dəyər olacağını düşündük".

 

“New York Post” qəzeti yazır ki, yaşına görə qısa olduğu düşünülən uşaqların əksəriyyətinin böyüməsinə mane olan hərhansı bir xəstəlik deyil. Zəngin ailələr isə məsələni problem halına gətirərək hormon inyeksiyalarına müraciət edirlər. Valideynlər övladlarını həmyaşıdlarının zorakılığından qorumağa çalışdıqlarını və onlara daha sağlam, daha atletik bir bədənə qovuşdurmaq istədiklərini söyləyirlər.


Qəzetə danışan bir ana isə “bütün varlılar buna əl atır” deyərək, bəzi ailələrin uşaqlarını iynə vurdurmağa məcbur etdiklərini deyib. 


Lenox Hill Xəstəxanasından Dr. Erik Aşer isə prosedurun çatışmazlıqları olduğunu açıqlayıb:


"Ailələr hormonlar verildikdə uşaqlarının daha atletik və cazibədar olacağını düşünürlər, lakin bu, uşaqlara mənfi sosial mesaj göndərir və ürək problemləri riskini artırır".


Həkim bildirib ki, ABŞ Qida və Dərman İdarəsi naməlum səbəbdən qısa boylu olan uşaqların müalicəsi üçün hormonların istifadəsinə icazə verdiyi 2003-cü ildən bəri belə prosedurlara maraq daha da artıb. 

 

Qısa boylu uşaqlara hormon inyeksiyası Çində də geniş tətbiq olunur.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR