İmran Xanın tərəfdarları polislə toqquşdu: yaralılar var

İmran Xanın tərəfdarları polislə toqquşdu: yaralılar var

Pakistanın keçmiş baş naziri İmran Xanı həbs etmək üçün evinə gələn polislərlə onun tərəfdarları arasında qarşıdurma baş verib. 

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, qarşıdurma nəticəsində 8 polis yaralanıb.

 

Ötən gün Pakistanın keçmiş baş naziri və Pakistan Ədalət Hərəkatı Partiyasının sədri İmran Xanın həbsinə iki order verildikdən sonra Xanın tərəfdarları küçələrə axışıb. Xanı həbs etmək üçün yerli vaxtla saat 14:00 radələrində onun Lahordakı evinə gələn polislə nümayişçilər arasında toqquşma baş verib. Polis onlara daş atan qəzəbli kütləni dağıtmaq üçün təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma zamanı azı 8 polis əməkdaşı yaralanıb, çoxlu nümayişçi saxlanılıb.

 

Nə baş vermişdi?

 

Xan keçən il həbsdə işgəncəyə məruz qaldığı iddia edilən müavini Şahbaz Gill ilə həmrəylik nümayiş etdirmək üçün siyasi mitinq keçirib və çıxışında hakim Çaudrini “ona qarşı tədbir görülməsinə hazırlaşmalıdır” deyərək hədələyib. Çıxışdan sonra hakimi təhdid etdiyi üçün Xana qarşı iddia qaldırılıb. Xan daha sonra İslamabad Ali Məhkəməsində ifadə verərək "həddini keçdiyini" etiraf edib və hakimdən üzr istəməyə hazır olduğunu bildirib. Çaudrinin hədələnməsi ilə bağlı işin dinləmələrində  iştirak etməyən Xan vəkili vasitəsilə təhlükəsizlik problemlərini əsas gətirərək məhkəmədə iştirakdan azad olunmasını istəyib. İslamabad Rayon Məhkəməsi isə Xanın tələbini rədd edib və barəsində həbs qərarı verib. Polisə Xanın martın 29-dək məhkəmə qarşısına çıxarılması tapşırılıb. Təfərrüatlar verilmədən həbs olunacağı təqdirdə hazır planının olduğunu ifadə edən Xan, “Həbs olunacağım təqdirdə vaxtı gələndə millətlə paylaşılacaq hazır planımız var”, deyib.

 

Dövlət hədiyyələrini satmaq və əmlakı gizlətmək ittihamları ilə əlaqəli Toşaxana işində hakim Zəfər İqbal fevralın 28-də Xanın iclasa gəlmədiyini əsas göstərərək onun həbsinə order verib. Polis martın 5-də Xanın Lahordakı evinə gedib, lakin Xanı evdə tapa bilməyib. Onun barəsində həbs qərarı ali məhkəməyə göndərilib, Xanın həbsi martın 13-dək dayandırılıb. Dünən məhkəmədə iştirak etməyən Xan haqqında yenidən həbs qərarı çıxarılıb və polisə Xanın martın 18-dək məhkəmə qarşısına çıxarılması tapşırılıb.

 

Pakistanda 10 aprel 2022-ci ildə parlamentdə keçirilən etimadsızlıq səsverməsində 174 "yox" səsi alan Xan hökuməti devrilib. Aprelin 11-də 174 səs alaraq parlamentdə səs çoxluğu qazanan Şahbaz Şərif Xanın yerinə baş nazir postuna seçilib. 


Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Atamın və qardaşlarımın başlarını kəsiblər... -Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...

“Bitcoin”dən tarixi rekord

“Bitcoin”in qiyməti 3,5% artaraq tarixdə ilk dəfə 113 000 dollar həddini keçib.   Sfera.az xəbər verir ki, bu RİA Novosti ticarət mə...

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...