Fevralda inflyasiya yenidən güclənib – SƏBƏB

Fevralda inflyasiya yenidən güclənib – SƏBƏB

2023-cü ilin yanvar-fevral aylarında illik inflyasiya yenidən güclənib. Yanvarda 13,6 faiz olan illik inflyasiya, fevralda 14,1 faizə yüksəlib.

 
Sfera.az xəbər verir ki, fevralda ərzaq mallarının ucuzlaşmasına və qeyri-ərzaq mallarının qiymətinin sabit qalmasına baxmayaraq, ümumi qiymət səviyyəsində yüksəlmə pullu xidmətlərlə bağlı olub. 


Fevralda inflyasiyanın güclənməsinin səbəbi pullu xidmətlərin qiymət səviyyəsində artımın güclənməsidir. Belə ki, yanvarda ödənişli xidmətlər 9,7 faiz artdığı halda fevralda 11,4 faiz artıb. 


Məhz pullu xidmətlərin artması hesabına fevralda illik inflyasiya 14,1 faizə, yanvar-fevral aylarındakı dövrü inflyasiya isə 13,9 faizə yüksəlib.


Fevralda pullu xidmətlərin bahalaşma sürətinin güclənməsinə səbəb ictimai nəqliyyatda gediş haqlarının artmasıdır. Fevralın 3-dən gediş haqları 30 qəpikdən 40 qəpiyə qaldırılıb.

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR