Əhali cari ilin ilk iki ayında bu məhsullara az pul xərcləyib

Əhali cari ilin ilk iki ayında bu məhsullara az pul xərcləyib

2023-cü ildə əhalinin əczaçılıq məhsullarına və tibbi ləvazimatlara xərclədiyi pul azalır. 


Sfera.az xəbər verir ki, bu ilin yanvar-fevral ayları ərzində əhali əczaçılıq məhsullarına və tibbi ləvazimatlara 210 milyon manat xərcləyib. Real müqayisədə adıçəkilən məhsullara çəkilən xərc 2,4 faiz azalıb. 


Amma bazar qiymətləri ilə müqayisə aparıldıqda bu məhsul qrupu üzrə xərclər artıb. Belə ki, ötən ilin ilk 2 ayında əczaçılıq məhsullarına və tibbi ləvazimatlara çəkilən xərc 177,6 milyon manat olmuşdu. Müqayisə göstərir ki, bu növ xərclər bazar qiymətləri ilə 32,4 milyon manat, yəni 18,24 faiz artıb. 


Bu məhsullara çəkilən xərclərin real xərclərlə müqayisədə kəskin artması həmin məhsulların qiymətindəki kəskin artımla bağlıdır. 


Xatırladaq ki, son illərdə əhalinin əczaçılıq məhsullarına və tibbi ləvazimatlarının alışına çəkdiyi xərc davamlı artırdı. 


Vasif


OXŞAR XƏBƏRLƏR