8 arvadı, 7 sevgilisi olan David Zakayo: “Yenə davam edəcəm”

8 arvadı, 7 sevgilisi olan David Zakayo: “Yenə davam edəcəm”

8 arvadı, 7 sevgilisi və 107 uşağı olan keniyalı David Zakayo dünya mediasında gündəm olub.

 

Sfera.az bildirir ki, 63 yaşlı kişi 1987-ci ildə birinci arvadı ilə evlənib. “Sunday Nation”a açıqlama verən Zakayo dahi olduğu üçün çoxlu arvad aldığını söyləyib.

 

“Mənim kimi başı olan adamı bir qadın idarə edə bilməz. Mənə çoxlu arvad lazımdır ki, beynimdəki ideyaları idarə edə bilsinlər. Mən bir arvad üçün çox ağıllıyam”.

 

David ailəsini dolandırmaq üçün qarğıdalı və şəkər qamışı becərdiyini, bunun üçün yarım hektar torpaq sahəsinin olduğunu deyib. O həmçinin, xırda işlərlə də məşğul olur:

 

“Hər ay beş kisə qarğıdalı alıram ki, uşaqlar ac yatmasın. Əkinçiliklə məşğul olmayanda isə insanların evlərinin ətrafına daş hasarlar tikmək də daxil olmaqla, qara işlər görürəm. Sağ olduğum müddətcə ailəm heç vaxt ac yatmayacaq”.

 

Zakayo bildirib ki, o  istəsə, daha çox gənc arvadla evlənə bilər: “1987-ci ildə ilk həyat yoldaşım Cesika Asembo ilə evlənəndə onun bu vəzifəyə uyğun olmadığını hiss etdim. Ona görə daha çox qadınla evləndim, amma yenə davam edəcəm. Məktəb yaşında olan bütün övladlarım təhsil alır. Onların gələcəkləri üçün pul yığıram, hər gün zəhmət çəkirəm. Dinə inanmıram, həyatımı öz istədiyim kimi yaşayıram, çünki mən dahiyəm”.

 

Davidin arvadlarından biri olan Asembo isə mediaya açıqlamasında deyib ki, o, heç vaxt digər qadınlara qarşı qısqanclıq hiss etməyib: “Ərimi sevirəm, vacib olan budur. Əlavə arvad gətirsə belə, onu başa düşdüyüm üçün narahat deyiləm. O, məsuliyyətli bir insandır və etdiyi hər şey həmişə düzgündür”.

 

Son olaraq, David Zakayo özünü İncildə adı çəkilən və 700 arvadı, 300 sevgilisi olan padşah Süleymana bənzətdiyini deyib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR