Taxıl müqaviləsinin müddəti daha 2 ay uzadıldı

Taxıl müqaviləsinin müddəti daha 2 ay uzadıldı

Ukrayna və Rusiya taxılının Qara dəniz vasitəsilə ixracını nəzərdə tutan taxıl müaviləsi daha 2 ay müddətinə uzadılıb. 


Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko açıqlama verib. 


O söyləyib ki, taxıl müqaviləsi eyni şərtlərlə uzadılıb. 


Qeyd edək ki, bu müqavilə Ukrayna üçün geniş imkanlar yaradır. Çünki Ukraynanın istehsal etdiyi taxılın böyük hissəsi məhz Qara dənizdən daşınır. 


Taxıl müqaviləsinin uzadılmasına Ukrayna hökuməti də münasibət bildirib. Adı açıqlanmayan yüksək rütbəli məmur “Reuters” agentliyinə bildirib ki, Ukrayna sövdələşmənin 120 gün uzadılması ilə bağlı əvvəllər imzalanmış razılaşmanın şərtlərinə ciddi şəkildə əməl edəcək. 


Bu müqavilənin qüvvədə olması dünyada buğdanın dəyərinin artmaması üçün əhəmiyyətlidir. Ötən ilin yayında, yəni müqavilə bağlanmamışa qədər buğdanın bir tonunun qiyməti 500 dollara yaxınlaşmışdı. Müqavilə bağlanandan sonra qiymətlər 360 dollara qədər geriləyib. 

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR