Paşinyan Azərbaycanla mümkün sülh müqaviləsindən danışdı: “Problemlər üzə çıxır...”

Paşinyan Azərbaycanla mümkün sülh müqaviləsindən danışdı: “Problemlər üzə çıxır...”

“Azərbaycan Ermənistanın sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab verib”.

 

Sfera.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, söhbət fevralın ortalarında Ermənistan tərəfindən təqdim edilən təkliflərdən gedir.

 

“2-3 gün əvvəl Azərbaycandan cavab aldıq. Müəyyən irəliləyişləri gördüyümüzü qeyd etməliyik. Amma nə qədər irəliləsək, bir o qədər fundamental problemlər üzə çıxır", - Paşinyan bildirib.

 

Baş nazir qeyd edib ki, 2020-ci ilin üçtərəfli bəyanatından fərqli olaraq, İrəvan və Bakı arasında razılaşma effektiv olmalıdır.

 

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 16-da hökumət iclasında Bakı ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsinin başa çatdırıldığını demişdi. O, bunun tam müqavilə layihəsi olduğunu bildirmişdi. Sənəd həmçinin, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilmişdi.

 

Türkan


OXŞAR XƏBƏRLƏR