Zelenskidən Rusiyanın adı ilə bağlı ADDIM: “Araşdırılsın”

Zelenskidən Rusiyanın adı ilə bağlı ADDIM: “Araşdırılsın”

Ukraynalılar Rusiyanın rəsmi adının dəyişdirilməsi üçün imza toplamağa davam edir.

 

Sfera.az “Politico”ya istinadən bildirir ki, sözügedən petisiyada Ukrayna hökumətindən Rusiyanın adının “Muskovi” kimi dəyişdirilməsi tələb olunur. Məlumata görə, bu ad 13-cü əsrdə indiki Rusiyanın şimal-qərb torpaqları üçün istifadə edilib. Rusiya rəsmiləri imza kampaniyasını təxribat kimi qiymətləndiriblər.

 

Petisiyanın müəllifi Valeriya Şakvorostova isə vurğulayıb ki, ad dəyişikliyi qanunidir və bu, Rusiyanın Ukrayna ilə ortaq əcdad haqqında yalan rəvayətlərini, eləcə də Kiyev Rusunun tarixinə müdaxiləsini məhv edəcək. “Əcnəbilər üçün “Rus”adı ilə (tarixi xəritələrdə “Kiyev Rusu”) “Rusiya” demək olar ki, eyni görünür. Sanki bu, müəyyən dövrlərdən keçmiş bir dövlətin adıdır və zaman keçdikcə dəyişib. Bu, beynəlxalq səviyyədə çaşqınlığa gətirib çıxarır. Bədii kitablar yazılır, Rusiyanın “Rus” kimi təqdim olunduğu filmlər çəkilir və bu, qəbuledilməzdir”, deyə Şaxvorostova Zelenskiyə müraciətində yazıb.

 

O, əlavə edib ki, ölkənin adının dəyişdirilməsi Rusiyanın mədəni ənənəsi və tarixə baxışına zərbə vuracaq.

 

Ukrayna prezidenti Volodimir Zelenski petisiyaya cavab verərək qeyd edib ki, məsələyə tarix və mədəniyyət baxımından diqqətlə yanaşmaq və onun mümkün beynəlxalq hüquqi nəticələrini qiymətləndirmək lazımdır.

 

“Bu təfərrüatları nəzərə alaraq, mən Ukraynanın baş nazirinə elmi qurumları prosesə cəlb etməklə hərtərəfli ekspertiza aparmağı, nəticə barədə məni və petisiya təşəbbüskarlarını məlumatlandırmağı tapşırdım”.

 

Qeyd edək ki, ötən günlərdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu təşəbbüsü “Ukraynanın anti-Rusiya əhval-ruhiyyəsi yaratmaq cəhdlərinin daha bir sübutu” adlandırmışdı.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR