Dəhşətli qəzada baş çavuş öldü, gizir xəsarət aldı - FOTO

Dəhşətli qəzada baş çavuş öldü, gizir xəsarət aldı - FOTO

Dünən Tovuz rayonunda baş vermiş ağır qəzada ölən və yaralanan şəxslər Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional idarəsinin əməkdaşları olub.

 

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı-Qazax magistralının Tovuzdan keçən 439-cu kilometrliyində Rəşidov Aqşin Nəsib oğlunun idarə etdiyi “Mercedes-Benz E 270” markalı avtomobil agentliyin Ağstafa Regional idarəsində baş çavuş rütbəsində sürücü vəzifəsində xidmət edən Yaqubəliyev Elçin Abdı oğlunun idarə etdiyi “Mitsubishi L-200” markalı maşına arxa hissədən çırpılıb. Nəticədə baş çavuşun idarə etdiyi xidməti avtomobil idarəetmədən çıxaraq aşıb. E.Yaqubəliyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobilin sərnişini olan idarənin bölmə komandiri vəzifəsində xidmət edən gizir Kərimov Vüsal Rəhim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Fotoda qəzada həyatını itirən Elçin Yaqubəliyev

 



OXŞAR XƏBƏRLƏR

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla

“CNN Türk” kanalında Xankəndidə keçirilən İƏT-in 17-ci zirvə toplantısı müzakirə edilib.    Sfera.az xəbər verir ki, Türkiyənin &ldq...