Heydər Əliyevin 21 il əvvəl Prezident təqaüdü verdiyi tələbə indi generaldır - VİDEO

Heydər Əliyevin 21 il əvvəl Prezident təqaüdü verdiyi tələbə indi generaldır - VİDEO

Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarə rəisi, ədliyyə general-mayoru Həsən Mansurov olub.

 

Sfera.az xəbər verir ki, o, Ulu öndər Heydər Əliyevin 2002-ci ildə imzaladığı sərəncamla Prezident təqaüdünə layiq görülüb. 

 

Həsən Mansurov həmin il ali məktəblərə qəbulda 3-cü ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərib.

 

Bakı Dövlət Universitetinin Hüquqşunaslıq ixtisasına qəbul olub, Bakı-Türk litseyinin məzunudur. Mansurov daha sonra ən yüksək balla BDU-da magistratura pilləsində təhsil alıb.

 

Əmək fəaliyyətlərinə hüquq-mühafizə orqanlarında başlayan general Mansurov, DTX-ya qədər bir sıra dövlət qurumlarında çalışıb. 

Həsən Mansurov 2002-ci ildə Heydər Əliyevin Prezident təqaüdçüləri ilə görüşünü belə xatırlayır:

 

“Ulu öndər tələbələrə Azərbaycanın gələcəyi ilə bağlı böyük ümidlərlə baxdığını bildirdi. Bu sözlərin təsirində Azərbaycan gənci olmağın nə qədər şərəfli olduğunu, eyni zamanda nə qədər məsuliyyətli olmalı olduğumuzu hiss etmişik. Bütün sözləri, fikirləri xatirimizdədir”.

 

 


OXŞAR XƏBƏRLƏR

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla

“CNN Türk” kanalında Xankəndidə keçirilən İƏT-in 17-ci zirvə toplantısı müzakirə edilib.    Sfera.az xəbər verir ki, Türkiyənin &ldq...

Türkiyədə bələdiyyə sədri və bir neçə nəfər korrupsiya əməliyyatı ilə saxlanılıb

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda bələdiyyə idarəsində korrupsiya ilə bağlı əməliyyat keçirilib.     Sfera.az xəbər verir ki, b...