Əri "Toppuş bacı"nın məzarının yanında özünə qəbir qazdırdı: "Bəlkə də psixoloqa ehtiyacım var..."

Əri

"18 oktaybr 2022-ci il, saat 09:37-də pis xəbər almışdın. Metastaz boğaza qədər sıçramışdı. Dedin, Röyal, mən çox xoşbəxtəm ki, sən və Zəhram var. Bir xanım yaxınlaşıb şəkil çəkdirmək istədi. Dedin ki, bax sən ulduzla evlənmisən. Həmin gün məni çox güldürmüşdün. Amma indi gülməyi unutmuşam".

 

Sfera.az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında yazıb. O, mərhum sənətçinin yanında məzarının hazır olduğunu bildirib:

 

"Mənə deyirdin ki, sən çox güclüsən, indi isə psixoloq dostlarımız deyir ki, gəl sənə kömək edək. Axı sən yanıla bilməzdin, mən axı güclü idim, bəs mənə nə oldu? Bəli, güclü idim, amma bu güc səndən gəlirdi. İndi isə sadəcə güclü olmağa çalışıram. Zəhram eynən sənə bənzəyir, mən ona kömək etməkdənsə, o mənə daha çox kömək olur.

 

Səninlə vidalaşanda dedim, yəqin ki, məni sənin yanında dəfn etməyə qoymayacaqlar. Çünki burada adlı-sanlı insanları dəfn edirlər. Amma dedim, nə fərqi var, əsas yer deyil. Amma mənə elə gözəl bir söz dedilər ki, məgər 2-ci Fəxri Xiyabanda iki nəfərlik yer verirlərmiş və mənim yerim sənin yanında hazırdır. Yəqin, çox az insanlardan biri mənəm ki, ölməmişdən artıq qəbrim hazırdır. Bunları niyə yazıram bilmirəm, bəlkə də psixoloqa ehtiyacım var, amma ən çox sənə ehtiyacım var. Allahım şahiddir ki, tək ehtiyac duyduğum sənsən".


OXŞAR XƏBƏRLƏR

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla

“CNN Türk” kanalında Xankəndidə keçirilən İƏT-in 17-ci zirvə toplantısı müzakirə edilib.    Sfera.az xəbər verir ki, Türkiyənin &ldq...