Azərbaycan nümayəndə heyəti ATƏT-in insan ölçüsü üzrə birinci əlavə görüşündə iştirak edir - FOTO

Azərbaycan nümayəndə heyəti ATƏT-in insan ölçüsü üzrə birinci əlavə görüşündə iştirak edir - FOTO

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 13-14 mart 2023-cü il tarixlərində Vyana şəhərində ATƏT-in Şimali Makedoniya Sədrliyi və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən “Media plüralizmi hərtərəfli təhlükəsizliyin əsas təməllərindən biri kimi” mövzusunda keçirilən ATƏT-in insan ölçüsü üzrə birinci əlavə görüşündə iştirak edir.

 

Sfera.az bildirir ki, görüşün gündəliyinə uyğun olaraq, “Media azadlığı olmadan hərtərəfli təhlükəsizlik niyə ola bilməz?”, “Media azadlığının ATƏT-in üç ölçüsünə təsiri” və “Media plüralizmi demokratiyanın əsas təməllərindən biri kimi” mövzuları üzrə müzakirələr aparılır.

 

“Media azadlığı olmadan hərtərəfli təhlükəsizlik niyə ola bilməz?” mövzusunda keçirilən sessiyada nümayəndə heyəti tərəfindən media azadlığının insan hüquq və azadlıqları, həmçinin qlobal təhlükəsizliyin qorunmasında, ədalətli və sülhsevər cəmiyyətlərin təşviqində mühüm rol oynadığı qeyd edilib,  müasir dövrün təhlükəsizlik çağırışlarının müxtəlif aspektlərinə toxunulub, münaqişə zamanı gərginliyin azaldılması və sülhün təşviqində medianın mühüm rol oynamaq imkanının olduğu, lakin etibarlılığın təmin edilməsi üçün medianın dəqiqlik, şəffaflıq və qərəzsizlik prinsiplərinə riayət etməsinin vacibliyi vurğulanıb.

 

Ölkəmizdə jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, jurnalistlərin doğru informasiya əldə etmək hüququnun təmin edilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətlərində görülən işlər qeyd olunub.

 

Tədbirdə Ermənistanın jurnalistlərin təhlükəsizliyi mövzusu çərçivəsində ölkəmizə qarşı yönəlmiş əsassız iddiaları Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılıb, ittihamların reallığa uyğun olmadığı bildirilərək, Ermənistan tərəfinin jurnalistlərin təhlükəsizliyi ilə bağlı beynəlxalq hüquq sahəsində yol verdiyi pozuntular, o cümlədən Vətən müharibəsi dövründə beynəlxalq jurnalistlərə qarşı apardığı qarayaxma kampaniyaları barədə iştirakçılara məlumat verilib, azad edilmiş ərazilərimizdə yerləşdirilmiş minaların partlaması nəticəsində jurnalistlərin həyatını itirməsi ilə bağlı həqiqətlər diqqətə çatdırılıb.


OXŞAR XƏBƏRLƏR

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...