Türkiyədə zəlzələ nəticəsində 7 minə yaxın xarici vətəndaş HƏLAK OLUB

Türkiyədə zəlzələ nəticəsində 7 minə yaxın xarici vətəndaş HƏLAK OLUB

Türkiyədə baş verən zəlzələlər nəticəsində əksəriyyəti suriyalı olan 6600-ə yaxın xarici ölkə vətəndaşı həlak olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

 

"Hazırda ölənlərin sayı 48 448 nəfərdir. Zəlzələlərdə ölənlər arasında 6 600 əcnəbi vətəndaş var. Onların əksəriyyəti suriyalı qardaş və bacılarımızdır", - o qeyd edib.

 

Soylunun sözlərinə görə, Türkiyə hakimiyyəti zəlzələdən zərər çəkmiş ərazilərdə 115 min 500-dən çox ailənin yerləşə biləcəyi konteyner düşərgələri qurmağı planlaşdırır.

 

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində Rixter cədvəli ilə 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar Türkiyənin 11 vilayətində, eləcə də qonşu ölkələrdə, o cümlədən Suriyada hiss olunub.

 

İnci


OXŞAR XƏBƏRLƏR